Təsərrüfat yararlılığı 85,5% olan bu toxumla səpin aparılarsa, 100% çıxış almaq mümkün olmayacaq və səpilən toxumdan cəmi 85,5% cücərti alınacaq. Lakin 100% çıxış almaq üçün tələb olunan toxum norması təsərrüfat yararlılığına görə hesablanır və səpin norması aşağıdakı kimi olur:
85,5% -------------- 52381 ədəd toxum
100% -------------- x
𝐱 = 𝟏𝟎𝟎% ∗ 𝟓𝟐𝟑𝟖𝟏
𝟖𝟓.𝟓% = 𝟔𝟏𝟐𝟔𝟒
Tələb olunan toxum sayını çəki hesabı ilə ifadə etmək üçün 1000 ədəd toxumun kütləsini bilmək lazımdır. Fərz edək ki, 1000 ədəd pomidor toxumunun kütləsi 3 qram təşkil edir. Tələb olunan toxumun çəkisi aşağıdakı tənasüb vasitəsilə hesablanır:
1000 ədəd toxum -------------- 3 qram
61264 ədəd toxum -------------- x qram
𝐱 = 𝟔𝟏𝟐𝟔𝟒∗ 𝟑
𝟏𝟎𝟎𝟎 = 𝟏𝟖𝟑.𝟖
Deməli, 1 hektar istixananın faydalı sahəsini (bitki altında olan) 70x30sm x1 bitki (1-ci rəqəm cərgəarası məsafəni, 2-ci rəqəm bitkiarası məsafəni və 3-cü rəqəm hər yuvaya əkiləcək bitki sayını göstərir) əkin sxemi üzrə 47619 ədəd pomidor şitili ilə təmin etmək üçün 61264 ədəd və ya 183,8 qram toxum tələb olunur.
Həmin toxumların səpilməsi və istixanada şitil yetişdirilməsi üçün tələb olunan şitillik sahəsi hesablanmalıdır. Bunun üçün vahid sahədən şitil çıxımını bilmək lazımdır. Bunun üçün 1 m2 sahəni bir bitkinin (və ya şitilin) qida sahəsinə bölmək lazımdır. Fərz edək ki, pomidor toxumu 5x5 sm (cərgəarası və bitki arası məsafə 5 sm) səpin sxemi üzrə şitilliyə əkilir. Bu zaman 1 m2 sahədən şitil çıxımı aşağıdakı kimi olar:
𝐧 = 𝟏 𝒎𝟐
𝟓 ∗ 𝟓 𝐬𝐦 = 𝟏𝟎𝟎𝟎𝟎
𝟐𝟓 = 𝟒𝟎𝟎 ş𝐢𝐭𝐢𝐥
Düstur 2.4. Vahid sahədən şitil çıxımının hesablanması
Lakin şitllik sahəsi tam olaraq şitil altında olmur. Burada bitkilərə qulluq və insan hərəkəti üçün ləklər arası ensiz cızlar-yol qoyulur. Bu baxımdan qəbul edilmiş normalara görə ümumi şitillik sahəsinin 10%-i cızlar-yol altında qalır. Ona görə də faktiki şitil çıxımı ümumi sahənin şitil çıxımının 90%-i nisbətində götürülür. Onda vahid sahədən faktiki şitil çıxımı aşağıdakı kimi hesablanır:
𝐧𝐟𝐚𝐤𝐭 = 𝟒𝟎𝟎 ∗ 𝟗𝟎
𝟏𝟎𝟎 = 𝟑𝟔𝟎
ş𝐢𝐭𝐢𝐥
Düstur 2.5. Vahid sahədən faktiki şitil çıxımının hesablanma
Ümumi şitilin miqdarını vahid sahədən çıxan faktiki şitilin miqdarına bölməklə tələb olunan ümumi şitillik sahəsi hesablanır: