MODULUN SPESİFİKASİYASI
Təhsil alan müxtəlif istehsal texnologiyalarını tanıyır, meyvəli tərəvəz bitkilərinin istixana şəraitində becərilməsinə dair bütün işləri, məsələn onların çoxaldılması, toxum tədarükü, şitil istehsalı, əkilməsi, qulluq işləri, bitki mühafizə tədbirləri, gübrələmə, suvarma, istixanada hava şəraitinin tənzimləməsi və s. bu kimi tədbirləri yerinə yetirə bilir. Təhsilalan meyvəli tərəvəz bitkilərinin yığımı, emalı və saxlanaması ilə bağlı işləri düzgün həyata keçirməyi bacarır. O, müxtəlif tərəvəz növləri nümunəsində bitkinin əkinin bütün proseslərini istixana şəraitində həyata keçirə bilir və bu zaman müxtəlif alət, aqreqatlar və maşınları düzgün tətbiq edə bilir.
Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin becərilməsi |
Modulun nömrəsi: | 3.2.1.2.2.2.01 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 100 saat |
İxtisas üzrə praktiki dərslər: | 120 saat |
İstehsalat təcrübəsi: | 280 saat |
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) |
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) |
İstehsalat təcrübəsi |
Dərs saatları (istehsalat təcrübəsi) |
Metodik göstərişlər |
Meyvəli tərəvəz bitkilərinin xalq təsərrüfatı əhəmiyyəti və satış qabiliyyətli sortları Meyvəli tərəvəz bitkilərinin xalq təsərrüfatı əhəmiyyətini, onların əsas növlərini, bioloji-təsərrüfat xüsusiyyətlərini, satış qabiliyyətli sortlarını, onların seçilmə qaydalarını bilir |
Meyvəli tərəvəz bitkilərinin əsas növləri (xiyar, pomidor, badımcan, bibər), onların xalq təsərrüfatı əhəmiyyəti, Meyvəli tərəvəz bitkilərinin istifadə xüsusiyyətləri və qidalılıq dəyəri, meyvəli tərəvəz bitkilərinin bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti, Örtülü şəraitdə becərilən meyvəli tərəvəz bitkilərinin geniş yayılmış, satış qabiliyyətli sortları, onların seçilməsi və qiymətləndirilməsi qaydaları, istixanada, torpaqlı və torpaqsız (hidroponika) şəraitdə becərilən yerli və xarici sortlar | 10 | İstixanada becərilən meyvəli tərəvəz bitkilərinin satış qabiliyyətli sortlarının seçilməsi, onların xüsusiyyətlərinin təsvir olunması və müqayisəli qiymətləndirilməsi (xüsusi sxem əsasında) | 10 | 10 | Burada: əsas diqqət örtülü şəraitdə xiyar, pomidor, bibər və badımcan yetişdirilməsinə verilir |