Alınan qidalı torpaq qarışığına qrunt və ya substrat deyilir. Adətən, şitil lək üsulu ilə yetişdirildikdə qrunt, dibçək üsulu ilə yetişdirildik də isə substrat kəlməsi işlədilir. Şitil lək üsulu ilə yetişdirildikdə, torpağın üst hissəsinə 10 sm qalınlığında həmin qidalı qarışıq verilir və bu şitil yetişdirilən qrunt adlanır. Dipçək üsulunda isə hazırlanmış qidalı torpaq qarışığı və ya substrat şitil qablarına doldurulur və toxum əkilir.
Çox saylı təcrübələrə əsasən şitil əkini üçün qidalı torpaq qarışığı (qrunt və ya substrat) aşağıdakı tərkibdə hazırlana bilər:
Qeyd: Torpaq və çürüntü materialları (peyin, torf, kompost və s.) 1:1, 1:1,5 və 1:2 (1-ci rəqəm torpaq, 2-ci rəqəm çürüntü materialının payını göstərir) nisbətində qarışdırıla bilər. Əgər torpaq (çim və ya meşə) münbit, qidalı olduqda hər birindən 1 hissə, az qidalı olduqda isə 1 hissə torpağa 1,5 və ya 2 hissə çürüntü materialıının qatılması daha məqsədə uyğundur.
Şitillər süni substratlarda (məsələn:kokopit, minvata-mineral yun, hidrogel və s. –bu mövzular haqqında “bağçılıqda istehsalın təşkili” modulunda geniş bəhs edilir) da yetişdirilə bilər (Şəkil 2.5). Süni substratlarda qida maddələri olmadığına görə şitillər daim mineral gübrələr qarışdırılmış qidalı su ilə yemləndirilir. Burada şitillərin gübrəli su ilə yemləndirilməsi yarpaqdan çiləməklə və kökdən qidalandırma (hidroponika və ya akvaponika) aparmaqla həyata keçirilir.
Şitil yetişdirilməsi üçün nəzərdə tutulan torpaq qarışığı (qrunt və ya substrat) aşağıdakı tələblərə cavab verməlidir: