Bu baxımdan toxumları xırda olan pomidor, badımcan və bibər bitkiləri şitil üsulu ilə əkilir. Xiyar toxumları iri olduğuna görə onları həm bir başa səpməklə, həm də şitil üsulu ilə əkmək olar.
Meyvəli tərəvəz bitkilərinin şitil üsulu ilə becərilməsinin aşağıdakı üstünlükləri vardır:
Dipçək üçün tərkibində müxtəlif komponentlər olan substratlar hazırlanır, həmin substratlar dipçəyə doldurulur və toxum əkilir. Lək üsulunda isə müxtəlif ölçülərdə xüsusi ləklər düzəldilir, ləkin üst 5-10 sm qatı qidalı torpaqdan (qrunt) ibarət olur, bura müxtəlif əkin sxemlərində toxumlar əkilir və şitil yetişdirilir.
Xüsusi ləklərdə şitil yetişdirilməsinə az əmək və xərc sərf olunsa da, dipçək üsulu ilə müqayisədə şitillərin keyfiyyəti bir qədər aşağı olur. Dipçək üsulu ilə şitil yetişdirilməsi bir qədər əmək və xərc tələb etsə də, lakin bir sıra üstünlüklərə malikdir. Məlumdur ki, əksər təsərrüfatlarda ənənəvi üsulla şitil yetişdirmək üçün toxum bir başa xüsusi ləklər düzəldilmiş torpağa səpilir. Bu üsulun çatışmazlıqları nədir?