Toxumlar müəyyən nəmlik həddində saxlanılarsa və binada havanın optimal temperatur -rütubət şəraiti nizamlanarsa, onlar həyatilik qabiliyyətlərini (cücərmə qabiliyyəti) uzun müddət saxlaya bilərlər. Aşağıdakı cədvəldə normal saxlanma şəraitində standartlara əsasən toxumların nəmlik həddi, həyatilik qabiliyyətini qoruma müddəti və 1-2-ci siniflər üzrə toxumların cücərmə qabiliyyəti təsvir edilmişdir.
Bitki | Toxumların cücərmə qabiliyyəti, % | Toxumun nəmliyi, % |
Toxumun həyatilik (cücərmə) qabiliyyətini qoruması, il |
|
1-ci sinif toxumlar |
2-ci sinif toxumlar |
|||
Xiyar | 90 | 70 | 13 | 6-8 |
Pomidor | 85 | 65 | 13 | 4-5 |
Badımcan | 75 | 60 | 12 | 3-5 |
Bibər | 80 | 60 | 13 | 3 |
Cədvəl 2.1. Normal saxlanma şəraitində toxumların nəmlik həddi və həyatilik qabiliyyətini qoruma müddəti
Cədvəl 2.1 aydın olur ki, saxlanılan zaman xiyar, pomidor və bibər toxumları 13%, badımcan toxumları isə 12% nəmlikdə olmalıdır. Belə olan şəraitdə xiyar toxumları 6-8 il, pomidor toxumları 4-5 il, badımcan toxumları 3-5 il və bibər toxumları 3 il öz həyatilik qabiliyyətini qoruyur. Ümumiyyətlə, qəbul edilmiş standarta əsasən cücərmə qabiliyyətinə görə toxumlar 1-ci və 2-ci sinflərə bölünür. 1-sinifə aid toxumların cücərmə qabiliyyəti xiyar bitkisi üzrə 90%, pomidor üçün 85%, badımcan üzrə 75% və bibər üçün 80% qəbul edilmişdir. 2-sinifə aid toxumların cücərmə qabiliyyəti bir qədər aşağı olaraq, xiyar bitkisi üzrə 70%, pomidor üçün 65%, badımcan üzrə 60% və bibər üçün 60% müəyyən edilmişdir.
2.4. Meyvəli tərəvəz bitkilərinin toxumlarının cücərdilmə şəraiti
Toxumun həyatiliyinin əsas göstəricisi onun cücərmə qabiliyyətidir və bu göstərici xüsusi təsərrüfat əhəmiyyətinə malikdir. Qəbul edilmiş standart müddətdə cücərdilməyə qoyulmuş 100 ədəd toxumdan cücərənlərin faizlə miqdarı onun cücərmə qabiliyyətini ifadə edir. Məsələn, 100 ədəd toxumdan 95 ədəd cücərərsə, bu toxumun cücərmə qabiliyyəti 95 %-dir.
Götürülmüş toxum nümunəsi 100 ədəd –––––––––– 100 %
Cücərən toxum 95 ədəd –––––––––– x %
𝐱 = 𝟗𝟓∗𝟏𝟎𝟎%
𝟏𝟎𝟎 = 𝟗𝟓%
Deməli, toxumun cücərmə qabiliyyətini dəqiq müəyyən etmək üçün düzgün cücərmə şəraiti yaradılmalıdır. Toxumların cücərməsi üçün istilik, rütubət və hava lazımdır.