- Şaxın aşağı və orta hissəsində toxum üçün ən iri, sağlam, sorta məxsus rəng alan və formaya malik olan tam yetişmiş (üzərində müəyyən cizgilər əmələ gəlir) meyvələr yığılır;
- Xiyar toxumlarının tam yetişməsi məqsədilə yığılmış meyvələr 5-10 gün yağış və günəşin təsirindən qorunan yerlərdə saxlanılır;
- Toxum meyvədən xüsusi avadanlıqlardan istifadə etməklə çıxarılır;
- Toxumun lətdən asanlıqla ayrılması və əl ilə çıxarılması üçün tam yetişmiş meyvələr əzilir və 1-2 gün müddətində qıcqırmaya qoyulur;
- Toxumlar yuyulur, lazımi nəmliyə qədər qurudularaq dərmanlanır, qablaşdırılır və saxlanma anbarlarına qoyulur;
- Müxtəlif xiyar sortlarından asılı olaraq bir meyvədə 200-400 ədəd və ya 7-11 qram toxum olur. Orta hesabla 1 hektar xiyar sahəsində 150-200 kq toxum tədarük etmək olar.
Toxumların uzun müddət həyatilik qabiliyyətinin və digər səpin keyfiyyətlərinin qorunması onların saxlanma şəraitindən bir başa asılıdr. Toxumların keyfiyyətli saxlanması üçün aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
- Saxlanma zamanı toxumun nəmliyinə, binada havanın temperaturuna və rütubətinə nəzarət edilməlidir. Toxumlar saxlanmadan əvvəl lazımi nəmliyə qədər qurudulmalıdır. Qurutma zamanı toxumun cücərmə qabiliyyətinin qorunması üçün onun 40-450C-dən çox qızmasına yol verilməməlidir. Toxumlar saxlanmadan öncə binada havanın temperaturu 5-200C və nisbi rütubəti 10% olan şəraitdə lazımi nəmliyə qədər qurudulur;
- Təzə yığılan toxumların cücərmə qabiliyyəti nisbətən az olur. Ona görə toxum səpilməzdən əvvəl müəyyən müddət saxlanılmalıdır;
- Toxumun yaxşı saxlanılması üçün onun nəmliyi böhranlı nəmlikdən həddindən az olmalıdır. Xiyar, pomidor, badımcan və bibər bitkiləri üçün böhranlı nəmlik 12-15%-dir. Toxumun nəmliyi böhranlı nəmlik həddindən artıq olduqda saxlanmaya davamsız olur;
- Xiyar, pomidor, badımcan və bibər bitkilərinin toxumlarının keyfiyyətli saxlanması və həyatilik qabiliyyətinin uzun müddət qorunması üçün binada havanın optimal temperaturu 12-150C və nisbi rütubəti 50%-dən çox olmamalıdır. Həmçinin, toxumlar quru yerdə saxlanılmalıdır. Uzun müddətli saxlama zamanı havanın temperaturu 0-50C və nisbi rütubəti 50%-ə qədər hüdudda olur, bu zaman toxumlarda tənəffüs və digər proseslər zəifləyir. Toxumların adi otaq şəraitində qısa müddətli (1 ilə qədər) saxlama üsulunda isə temperatur 180C-dən yüksək olmamalıdır;
- Binada tez-tez temperatur dəyişmələrinin baş verməsi toxumun keyfiyyətini pisləşdirir. Belə ki, temperaturun yüksəlməsi havanın nisbi rutubətini artırır, toxumların tənəffüsü sürətlənir və onlar nəmliyini tez itirir. Nəticədə, toxumlar xarab olur.