Pomidor bitkisindən toxum tutulması qaydaları (Şəkil 2.1):
- Pomidor bitkisi çarpaz tozlandığına görə toxumluq əkinlər başqa sort və ya hibrid əkinlərindən ən azı 500-700 m aralı yerləşdirilməlidir;
- Toxum üçün xəstəlik və zərərvericilərlə sirayətlənməmiş, sağlam, yaxşı inkişaf etmiş kollar seçilməlidir;
- Toxum üçün kolun aşağı hissəsində yerləşən ilk üç meyvə salxımları seçilməlidir;
Şəkil 2.1. Toxumluq meyvələr
- Həmin salxımlarda olan ən iri, sağlam, sort xüsusiyyətlərinə malik olan meyvələr nişanlanır və tam yetişmiş halda yığılır;
- Tam yetişmiş meyvələr əzilir və toxum-lət ilə birlikdə şirə hazırlanır;
- Toxumun lətdən asanlıqla ayrılması üçün pomidor şirəsi 2-3 gün müddətində qıcqırmaya qoyulur və şirə süzülərək toxum kütləsi ayrılır;
- Toxumlar yuyulur, lazımi nəmliyə qədər qurudularaq dərmanlanır, qablaşdırılır və saxlanma anbarlarına qoyulur;
- Orta hesabla 1 ton tam yetişmiş pomidor meyvəsindən 3 kq toxum və 900 litr şirə alınır.
Badımcan və bibər bitkisindən toxum tutulması qaydaları:
- Toxum üçün xəstəlik və zərərvericilərlə sirayətlənməmiş, sağlam, yaxşı inkişaf etmiş kollar seçilməlidir;
- Toxum üçün kolda formalaşmış, ən iri, sağlam, sort xüsusiyyətlərinə malik olan tam yetişmiş meyvələr yığılmalıdır;
- Toxumların tam yetişməsi və asan ayrılması üçün yığılmış meyvələr 10-12 gün ərzində yağış və günəşin təsirindən qorunan yerlərdə yumşalmağa qoyulur;
- Sonra meyvə uzununa kəsilir və toxumlar çıxarılır. Toxum meyvədən əl ilə (bıçaqla) və ya xüsusi toxum çıxaran avadanlıqlardan istifadə etməklə çıxarılır;
- Meyvədən toxum çıxımı badımcanda 0,5-1% və bibərdə isə 0,7-1% təşkil edir;
- Toxumlar yuyulur, lazımi nəmliyə qədər qurudularaq dərmanlanır, qablaşdırılır və saxlanma anbarlarına qoyulur;
- Şirin bibər acı bibərlə qismən çarpaz tozlandığına görə onların toxumluq əkinlərini bir-birindən ən azı 500-700 m aralı yerləşdirmək lazımdır.
Xiyar bitkisindən toxum tutulması qaydaları:
- Müxtəlif sort və ya hibridlərin bir-biri ilə tozlanmasının və bioloji zibillənmənin qarşısının alınması məqsədilə toxumluq xiyar əkinləri digər xiyar əkinlərindən ən azı 2000 m aralı yerləşdirilməlidir;
- Toxum üçün xəstəlik və zərərvericilərlə sirayətlənməmiş, sağlam, yaxşı inkişaf etmiş xiyar şaxları seçilir, həmin şaxlardan 1-2 dəfə faraş məhsul yığıldıqdan sonra, onların üzərində toxumluq meyvələr saxlanılır;