Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Meyvəli tərəvəz bitkilərinin əsas əkin materialı dedikdə toxum və şitil başa düşülür. Məlumdur ki, şitil toxumdan alınır. Əziz şagirdlər! Bunu yadda saxlayın ki, keyfiyyətli toxum bol məhsulun əsasıdır. İriliyindən asılı olaraq tərəvəz bitkiləri həm toxumu, həm də şitili ilə çoxaldılır. Məsələn, xiyarın toxumları iri olduğu üçün bir başa səpilməklə, həm də şitil üsulu ilə əkilə bilər. Pomidor, badımcan və bibər toxumları xırda olduqları üçün adətən şitil üsulu ilə əkilir. Çünki, xırda toxumlar əlverişsiz şəraitə davamsız olur, daha yaxşı cücərmə şəraiti tələb edir və torpaqda bir qədər dərinə düşdükdə cücərə bilmir, çürüyür və zəif çıxış alınır. Bu baxımdan xırda toxumlu tərəvəz bitkiləri adətən şitil üsulu ilə çoxaldılır və yaxşı bitiş faizi alınır.
Tərəvəzçilikdə yüksək məhsulun alınmasında keyfiyyətli şitilin rolu böyükdür. Keyfiyyətli şitil isə keyfiyyətli toxum səpilmiş və yaxşı qulluq edilmiş əkinlərdən alınır. Qeyd olunanlardan aydın olur ki, toxumun keyfiyyət göstəricilərinə bələd olmadan və şitil istehsalı qaydalarına yiyələnmədən keyfiyyətli əkin materialı əldə etmək qeyri mümkündür.
Əziz şagirdlər! Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: