Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. İstixanada becərilən bibər işığa ən çox meyvə əmələgəlmə dövründə tələbat göstərir. Bu dövrdə bibər bitkisi üçün istixanada nə qədər işıqlanma dərəcəsi yaradılmalıdır.
A) 20000 luks;
B) 2000 luks;
C) 5000 luks;
D) 1000 luks.
Sual 12. İstixana şəraitində pomidor bitkisi üçün havanın nisbi rütubəti hansı hüdudda saxlanılmalıdır?
A) 45-60 %;
B) 5-10 % ;
C) 95-100 %;
E) 85-90%;
Sual 13. Xiyar, pomidor, badımcan və bibər bitkilərinə aid sort və hibridlər aşağıda göstərilmişdir. Onları müvafiq nömrələrinə görə düzgün qruplaşdırın.
1 - Rally F1, Berberana F1, Annatefka F1, Pink Paradise F1, Bənövşə, Şəlalə, Şahin;
2 - FARAMA F1, Altındağ F1, Necef 1, Mabel F1, Destan F1, Brigitte F1, Balagur
3 - Oguz F1, Picolino F1, Superina F1, Oskar F1, Corinto F1, Bahar
4 - Vedrana F1, Flaminqo F1, Ferrari F1, Magna F1, Khaski F1, Homera F1, Töhfə
A) 1-xiyar, 2-badımcan, 3-bibər, 4-pomidor
B) 1-xiyar, 2-pomidor, 3-badımcan, 4-bibər;
C) 1-badımcan, 2-bibər, 3-pomidor, 4-xiyar;
D) 1-pomidor, 2-badımcan, 3-xiyar, 4-bibər
Sual 14. Xiyarın adi mozaika virusuna qarşı davamlılığını göstərən qəbul edilmiş standart şərti işarə hansıdır?
A) Vd;
B) Ma;
C) Tm;
D) CMV.
Sual 15. Xiyarın ............................., yəni mayalanma getmədən meyvə əmələ gətirən sortları da var. Cümlədə boşluğu tamamlayın.
A) çarpaz tozlanan;
B) partenokarpik;
C)hermofradit;
D) ikicinsli.