Meyvələrinin texniki yetişkənlik fazasında rəngi açıq yaşıl, bioloji yetişkənlikdə isə qırmızıdır. Meyvə divarının qalınlığı 4-5 mm, bir meyvənin orta kütləsi isə 100-125 qramdır. Tezyetişəndir. Töhfə sortunun toxumlarının isti şitillikdə səpini yanvarın 10-20-də, sağlam şitillərin istixanada əkini isə martın 10-15-də aparılır. Sortun məhsuldarlığı isidilməyən pərdə örtüklü istixanada 6,5-7,2 kq/m2 təşkil edir. Sort stres təsirlərinə davamlıdır. Bitki, yığcam formalı, orta boylu və az şaxələnəndir. Yarpaqlanma dərəcəsi orta sə- viyyəlidir. Gövdə üzərində 6-10 yarpaqdan sonra budaqlar formalaşır. 1000 ədəd toxumun kütləsi 5.5 q-dır.
Bitkilərin təsviri | Müxtəlif formalı bibərlər |
Digər göstəricilər | Sort və hibridlər |
Yüksək əmtəə görünüşlü, kub şəkilli, meyvə divarı orta qalın olan, müxtəlif istixana şəraitlərində, torpaqda və hidroponikada becərilməyə uyğunlaşan, yığcam kola malik (kolun hündürlüyü 70-80 sm) tez və orta tez yetişən, zərərverən orqanizmlərə qarşı (Xcv, Tm, PVY) yüksək və orta dərəcədə davamlı şirin bibərlər | Meyvəsi texniki yetişkənlikdə açıq yaşıl-ağa çalan, bioloji yetiş-kənlikdə (tam yetişkənlik) qırmızı rəngdə olan bibərlər
|
Meyvəsinin uzunluğu 11-13 sm, diametri 8-9 sm, meyvə divarının qalınlığı 4-5 mm, çəkisi 220-250 qram olan bibərlər |
Vedrana F1, İrene F1, Blanchina F1, Flaminqo F1, Lozorno F1, NIKITA F1, Albatross F1 Sort: “Töhfə” (nazik qabıq 4-5 mm, yerli sort, meyvəsi 100-120 qram) |
Meyvəsi texniki yetişkənlikdə yaşıl, bioloji yetişkənlikdə (tam) sarı rəngdə olan bibərlər | Meyvəsinin uzunluğu 11-12 sm, diametri 8-9 sm, meyvə divarının qalınlığı 6-10 mm, çəkisi 180-200 qram olan bibərlər | İlanga F1, Atalante F1, Bentley F1. Cadia F1, Catriona F1, Fiesta F1, Raisa F1, Mildred F1, Red Baron F1, | |
Meyvəsi texniki yetişkənlikdə tünd yaşıl, bioloji yetişkənlikdə (tam) qırmızı rəngdə olan bibərlər | Meyvəsinin uzunluğu 10-12 sm, diametri 7-9 sm, meyvə divarının qalınlığı 6-9 mm, çəkisi 180-250 qram olan bibərlər | Ferrari F1, Maranello F1, Red Jet F1, Maratos F1, Procraft F1, Bunker F1, Aristotle X3R F1, Red Knight X3R, Claudio F1, |