Tütün mozaikasına, qara bakteriyal ləkəliliyə qarşı davamlıdır. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.
“Khaski F1” şirin bibər hibridi. Əla keyfiyyətli meyvələri olan və stabil meyvə verən yüksəkməhsuldar yeni hibriddir. Tez yetişəndir, meyvələri şitil əkildikdən 50-55 gün sonra yetişir. Güclü kök sistemi əmələ gətirir, yığcam kola malikdir, stres şəraitinə yaxşı uyğunlaşır. Meyvəsi konusvarı formaya malik olub, texniki yetişkənlikdə açıq yaşıl-ağa çalan, bioloji yetişkənlikdə isə qırmızı rəngdə olur (Şəkil 1.40). Meyvələrinin ölçüsü 6x11 sm, divarının qalınlığı 6-9 mm və meyvənin çəkisi 160-210 qramdır. Bütün vegetasiya dövründə meyvələri standart olur. Tütün mozaikasına, qara bakteriyal ləkəliliyə qarşı davamlıdır. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.
“Piruet F1” şirin bibər hibridi. Meyvəsi konusvarı formalı olub, texniki yetişkənlikdə açıq yaşıl, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə narıncı rəngdədir. Meyvə divarı nisbətən qalındır. Müxtəlif istixana şəraitlərində (xüsusilə isidilməyən), torpaqda və hidroponikada becərilməsi mümkündür. Tez yetişəndir, meyvələri şitil əkildikdən 62-65 gün sonra yetişir. Meyvələrinin ölçüsü 5x14 sm, meyvənin orta çəkisi 90-100 qramdır. Tütün mozaikasına qarşı davamlıdır. İstifadəsinə görə təzə halda süfrə və emal istiqamətlidir.
“Homera F1” acı bibər hibridi. Vegetasiya dövründə stabil meyvə formalaşdıran hibriddir. Meyvəsi uzunsov (xortumvari) formalı olub, texniki yetişkənlikdə açıq yaşıl, bioloji yetişkənlikdə isə qırmızı rəngdədir. Meyvə divarı orta qalınlıqdadır. Müxtəlif istixana şəraitlərində və açıq şəraitdə, torpaqda və hidroponikada becərilməsi mümkündür. Meyvələrinin ölçüsü 4x22 (diametr x uzunluq) sm. Tütün mozaikasına qarşı davamlıdır. İstifadəsinə görə təzə halda süfrə və emal (duza qoyma və s.) istiqamətlidir.
Şirin bibər sortu “Töhfə”. Yerli istixana sortu olub, Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda yaradılmışdır.