“Vedrana F1” şirin bibər hibridi. Meyvəsi kub şəkilli formaya malik olub, texniki yetişkənlikdə açıq yaşıl-ağa çalan, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə qırmızı rəngdə olur. Tez yetişən və məhsuldar hibriddir. Yüksək əmtəəlik məhsulu ilə fərqlənir. Meyvələrinin ölçüsü 8-9 x12-13 sm, divarının qalınlığı 5 mm-ə qədər və meyvənin orta çəkisi 220-250 qramdır (Şəkil 1.34). Müxtəlif iqlim şərait-lərinə yaxşı uyğunlaşır və əksər təhlükəli xəstəlik və zərərvericilərə qarşı davamlılıq göstərir. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.
“Cadia F1” şirin bibər hibridi. Meyvəsi kub şəkilli formaya malik olub, texniki yetişkənlikdə yaşıl, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə parlaq sarı rəngdə olur (Şəkil 1.35). Tez yetişən və məhsuldar hibriddir. Yüksək əmtəəlik məhsulu ilə fərqlənir. Meyvələrinin ölçüsü 9x12 sm, divarının qalınlığı 10 mm-ə qədər və meyvənin çəkisi 220-250 qramdır. Müxtəlif iqlim şəraitlərinə yaxşı uyğunlaşır və əksər təhlükəli xəstəlik və zərərvericilərə qarşı davamlılıq göstərir. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.
“Ferrary F1” şirin bibər. Hollandiyada və digər Avropa ölkələrində qırmızı kubşıkilli bibərlərin keyfiyyət standartı hesab olunur. Güclü kök sistemi əmələ gətirir, bar oqranı çoxdur və asan becərilir. Meyvəsi kub şəkilli formaya malik olub, texniki yetişkənlikdə tünd yaşıl, bioloji yetişkənlikdə (tam yetişkənlik) isə parlaq qırmızı rəngdə olur. Yüksək əmtəəlik məhsulu var. Meyvələri cəlbedici qırmızı rəngli olub, ağırdır, forma və ölçücələri eynidir (Şəkil 1.36). Tez yetişəndir, yüksək məhsuldardır və əla meyvə formalaşdırır. Meyvələrinin ölçüsü 8-9x11-
12 sm, divarının qalınlığı 7-10 mm və meyvənin çəkisi 180-220 qramdır. Meyvənin təpə cürüməsinə və qabığının çatlamalarına qarşı davamlıdır. Bütün növ istixanalarda (isidilən-isidilməyən, torpaqda və hidroponikada) və açıq sahədə becərilə bilər.