(qismən hidroponikaya uyğunlaşan), zərərverən orqanizmlərə (Vd,Tm) yüksək və orta dərəcədə davamlı, tez və orta tez yetişən badımcanlar
|
Almas Gec yetişən: Sort-Sofie, |
|
Tünd və açıq qırmızı-bənövşəyi, parlaq rəngdə, kürə formalı, ləti ağ, dolğun, az toxumlu meyvələrə malik, kolun hündürlüyü 70-110 sm olan, kolda 8-10 və daha çox meyvə formalaşdıran, müxtəlif istixanalarda, torpaqda becərilən, tez və orta tez yetişən badımcanlar | Meyvəsinin uzunluğu 10-12 sm, diametri 12-14 sm, çəkisi 600-700 qram olan badımcanlar | Orta tez yetişən: sortlar: Sancho Panza, Tezka (qırmızı-bənövşəyi), |
Cədvəl 1.5. Ölkəmizdə istixana şəraitində ən çox becərilən badımcanın sort və hibridləri, onların əsas xüsusiyyətləri
1.3.5. İstixanada, torpaqlı və torpaqsız (hidroponika və ya akvaponika) şəraitdə becərilən yerli və xarici bibər sortları və hibridləri
Şirin və acı bibərin əksər sort və hibridləri müxtəlif şəraitlərlə uyğun olmaqla, həm istixana şəraitində, həm də açıq sahədə becərilməyə uyğunlaşmışdır. Əmtəəlik xüsusiyyətlərinə və satış qabiliyyətinə görə hazırda istixanalarda texniki yetişkənlikdə yaşıl rəngdə, bioloji yetişkənlikdə isə qırımızı, sarı, narıncı kimi rənglərdə olan kubşəkilli və konusvarı formalı şirin bibərlərin sort və hibridləri becərilir. Acı və orta acılıqda bibrələrin kifayət qədər uzun, parlaq yaşıl rəngli sort və hibridləri geniş əkilir. Qeyd olunan göstəricilərə malik sort və hibridlərin adları, onların əsas xüsusiyyətləri bir qədər yığcam və sistemləşdirilmiş şəkildə Cədvəl 1.6-də təsvir edilmişdir. Cədvəl 1.6-də meyvənin ölçüsünə, formasına, çəkisinə görə təsnif olunan bibərin sort və hibridlərinin əsas tipik nümayəndələri haqqında aşağıda qeyd olunmuşdur: