“Black beauty” badımcan sortu. Orta tez yetişən yüksək məhsuldar sort olub, açıq və örtülü şəraitdə becərilə bilər. Meyvələri gödək armudvarı formalı, tünd-bənövşəyi, parlaq rəngdədir. Meyvənin çəkisi 220-270 qramdır. Gövdənin hündürlüyü 60-70 sm. Məhsuldarlığı 11-12 kq/m2. Xəstəlik və zərərvericilərə qarşı kompleks davamlıdır (Şəkil 1.33).
Bitkilərin təsviri | Digər göstəricilər | Sort və hibridlər |
Tünd və açıq bənövşəyi rəngdə, silindrik formalı, ləti ağ, dolğun, az toxumlu meyvələrə malik, kolun hündürlüyü 60-90 sm olan, kolda 6-8 və daha çox meyvə formalaşdıran, müxtəlif istixana şəraitlərində, torpaqda becərilən (qismən hidroponikaya uyğunlaşan), zərərverən orqanizmlərə (Vd,Tm) yüksək və orta dərəcədə davamlı, tez və orta tez yetişən badımcanlar
|
Meyvəsinin uzunluğu 16-25 sm, diametri 5-6 sm, çəkisi 250-400 qram olan badımcanlar | Tez yetişən: FARAMA F1, Altındağ F1, Necef 1, Mabel F1, Samurai F1, Anet F1, Sharapova RZ F1, Anamur F1, sort-Balagur
Orta tez yetişən: Nite Lady F1 |
Tünd və açıq bənövşəyi, parlaq rəngdə, gödək və uzununa armudvarı formalı, ləti, ağ, dolğun, az toxumlu meyvələrə malik, kolun hündürlüyü 50-70 sm olan, kolda 8-10 və daha çox meyvə formalaşdıran, müxtəlif istixana şəraitlərində, torpaqda becərilən | Meyvəsinin uzunluğu 12-20 sm, diametri 5-8 sm, çəkisi 250-300 qram olan badımcanlar | Tez yetişən: Destan F1, Brigitte F1, Leire F1 (qırımızı bənövşəyi), Almalik F1, Bagira F1, Bernar F1, Bernar F, Roma F1, Galine F1, sortlar: “Vakuola”, “Robin Good”, “Black beatuty (Черный красавец)”, Orta tez yetişən: Samar F1, sort- |