“Balagur” badımcan sortu. Tez yetişən sort olub, açıq və örtülü şəraitdə becərilə bilər. Meyvələri uzununa armudvarı formalı, tünd bənövşəyi rəngdədir. Gövdənin hündürlüyü 80-120 sm olmaqla bir kolda 3-7 ədəd meyvə formalaşır. Məhsuldarlığı 6-8 kq/m2. Sort virus xəstəliklərinə qarşı davamlıdır (Şəkil 1.30).
“Sancho Panza” badımcan sortu. Orta tez yetişən sort olub, açıq və örtülü şəraitdə becərilə bilər. Meyvələri kürə formalı, tünd bənövşəyi rəngdədir. Meyvənin uzunluğu 12 sm, diametri 14 sm, çəkisi 600-700 qramdır. Gövdənin hündürlüyü 80-120 sm-dir. Məhsuldarlığı 7,5 kq/m2. Xəstəlik və zərərvericilərə qarşı kompleks davamlıdır (Şəkil 1.31).
“Tezka” badımcan sortu. Orta tez yetişən yüksək məhsuldar sort olub, açıq və örtülü şəraitdə becərilə bilər. Meyvələri kürə formalı, qırmızı-bənövşəyi, parlaq rəngdədir. Meyvənin uzunluğu 10-12 sm, diametri 12-14 sm, çəkisi 600-700 qramdır. Gövdənin hündürlüyü 80-120 sm. Məhsuldarlığı 9-12 kq/m2. Xəstəlik və zərərvericilərə qarşı kompleks davamlıdır (Şəkil 1.32).