Pomidorun yerli, indeterminant tipli “Bənövşə”, “Şəlalə” və determinant tipli “Şahin” sortlarının pərdə örtüklü isidilməyən istixanada becərilməsi tövsiyə dilir. Qeyd olunan yerli istixana sortları Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda yaradılmışdır. Determinant tipli “Şahin” sortunun bitkilərinə 2-3 gövdəli forma verilir. Əmtəəlik meyvənin orta kütləsi “Bənövşə” sortunda 90-105 qram, “Şəlalə” sortundaram 90-100 q, Şahin sortunda isə 115-137 qramdır. Sortlar orta tez yetişəndir.
1.3.4. İstixanada, torpaqlı və torpaqsız (hidroponika və ya akvaponika) şəraitdə becərilən yerli və xarici badımcan sortları və hibridləri
Badımcan bitkisinin əksər sort və hibridləri həm istixana şəraitində, həm də açıq sahədə becərilməyə uyğunlaşmışdır. Əmtəəlik xüsusiyyətlərinə və satış qabiliyyətinə görə hazırda istixanalarda silindrik, uzununa armudvarı formalı, ləti dolğun, az toxumlu, tünd bənövşəyi, açıq bənövşəyi, parlaq rəngli meyvələrə malik badımcanın sort və hibridləri becərilir. Qeyd olunan göstəricilərə malik sort və hibridlərin adları, onların əsas xüsusiyyətləri bir qədər yığcam və sistemləşdirilmiş şəkildə Cədvəl 1.5-də təsvir edilmişdir. Cədvəl 1.5-də meyvənin ölçüsünə, formasına, çəkisinə görə təsnif olunan badımcanın sort və hibridlərinin əsas tipik nümayəndələri haqqında aşağıda qeyd olunmuşdur:
Fabina F1 hibridi. Tez yetişən, alçaq boylu kola malik hibriddir. Meyvələri silindrik formalı, tünd bənövşəyi rəngdədir. Meyvənin uzunluğu 20-22 sm, diametri 5-8 sm, çəkisi 200-300 qramdır (Şəkil 1.27). Gövdənin hündürlüyü 50-75 sm olmaqla bir kolda 6-8 ədəd meyvə formalaşır. Məhsuldarlığı 5-7 kq/m2. Xəstəlik və zərərvericilərə qarşı kompleks davamlıdır. Açıq və örtülü şəraitdə becərilə bilər.
Brigitte F1” badımcan hibridi. Açıq və örtülü sahədə becərilə bilər. Meyvələri uzununa armudvarı formadadır, tünd bənövşəyi rəngdə və hamardır. Meyvənin diametri 5,5 sm, uzunluğu 16-22 sm, çəkisi 300-450 qramdır. Bitkinin hündürlüyü 90 sm-dir (Şəkil 1.28).
“Leire F1” badımcan hibridi. Açıq və örtülü sahə becərilə bilər. Meyvəsi gödək armudvarı, qırmızı bənövşəyi rəngdə və hamardır. Meyvənin diametri 12-14 sm, uzunluğu 16-18 sm, çəkisi 300-350 qramdır. Bitkinin hündürlüyü 90 sm (Şəkil 1.29).