Bu da onların gübrələnməsinə çəkilən zəhməti və xərcləri artırır, kolun üzərində daha çox əl əməyinin (uc vurma, biclərin və əlavə yarpaqların qoparılması, şpalerin təmiri və s.) aparılmasına səbəb olur. Belə sort və hibridlər seçilərkən istixanın hündürlüyü, şpaler təminatı, istixananın sahəsi, əkin sxemi, işçi qüvvəsi və onların bacarığı nəzərə alınmalıdır.
Məhsulun təyinatı və əmtəə xüsusiyyətləri. Meyvəli tərəvəz bitkilərinin məhsulu istifadə təyinatına görə bölünür: təzə halda süfrədə istifadə olunan (salatlarda, xörək hazırlanmasında və s.) və konservləşdirilən. Bu baxımdan pomidor, xiyar, badımcan və bibər bitkilərinin istifadə təyinatına görə süfrə, konservləşdirmə, saxlanma üçün ixtisaslaşmış və universal (müxtəlif təyinatlı) sort və hibridləri vardır. Bu baxımdan istixana üçün pomidor, xiyar, badımcan və bibər bitkilərinin sort və hibridləri seçilərkən məhsulun istifadə təyinatı nəzərə alınmalıdır. Pomidor, xiyar, badımcan və bibər bitkilərinin məhsulunun əmtəə xüsusiyyətlərinə meyvənin xarakterik rəngi, forması, iriliyi, kütləsi, lətliliyi, şirəliliyi, qabığının qalınlılığı, meyvənin çatlamaması, saxlanmaya və nəqliyyatla daşınmaya davamlılığı, dad keyfiyyətləri və s. göstəricilər daxildir. Məhsulun əmtəə xüsusiyyətləri onun satış qabiliyyətini şərtləndirən başlıca amildir. Meyvəli tərəvəzlərin təzə halda istifadəsi üçün süfrə istiqamətli sort və hibridlərin meyvələri iri, yaxşı əmtəə formalı (kürə şəkilli, armudvarı, silindrik və s.) və görünüşlü, nazik qabıq, lətli, sulu-şirəli, dadlı və aromatlı olmalıdır. Konservləşdirmə üçün nəzərdə tutulan sort və hibridlərin meyvələri sıx lətli, qalın qabıq, xırda ölçülü və yumurtavarı (şüşə bankalara asan qablaşdırmaq üçün) olamalıdır. Məhsulunun müəyyən müddət ərzində soyuducu anbarlarda saxlanılması nəzərdə tutulan istixanalar üçün gec yetişən, bar vermə dövrü uzun olan və salxımda meyvələri seyrək olan sort və hibridlər seçilməlidir.
S/s | Qiymətləndirmə meyarları | ||||
Xiyar | Pomidor | Badımcan | Bibər | Xiyar | |
1 | Təhlükəli xəstəlik və zərərvericilərə qarşı davamlılığı (izahı: cədvəl 1.2) |
Pcu, Px, Ccu, PRSV, Cca, CMV CVYV, ZYMV |
Fol, For
Ff, Va, Vd, Aal, S, Ss, On, Lt, Pst, TMV, ToMV, Ma, Mi, Mj, TANV, TYLCV, TSWV |
- | PVY Tm Xcv |
2 | Gövdənin hündürlüyü |
a) qısa boylu (60- 80 sm, tez yetişən), b) orta boylu (80- 150 sm, orta yetişən), c) hündür boylu (150-225 sm, gec yetişən), |
a) çox alçaq (30 sm-ə qədər), b) alçaq boylu (30-50 sm), c) orta boylu (51- 90 sm), d) hündür (91- 150 sm), e) çox hündür (150 sm- dən böyük) |
a) çox alçaq (25 sm-ə qədər), b) alçaq boylu (25-39 sm), c) orta boylu (40- 59 sm), d) hündür (60-70 sm), e) çox hündür (70 sm- dən böyük) |
a) çox alçaq (25 sm-ə qədər), b) alçaq boylu (25-45 sm), c) orta boylu (45- 85 sm), d) hündür (85 sm-dən böyük) |
3 | Buğumarasının uzunluğu | - | a) qısa (5 sm-dən az), b) orta (5-10 sm), c) uzun (10 sm- dən çox), |
- | - |