Bəs sort və hibrid anlayışı nədir, onları bir-birindən fərqləndirən cəhətlər, müsbət və mənfi xüsusiyyətlər nədən ibarətdir?
Sort və hibridlərin özünə məxsus müsbət və mənfi xüsusiyyətləri vardır:
Əvəllər ölkəmizdə, həm də yaxın qonşu ölkələrdə istixana tərəvəzçiliyi ilə müqayisədə açıq sahə tərəvəzçiyi geniş inkişaf etmişdir. Bu baxımdan seleksiyaçı alimlər əsasən açıq sahə tərəvəzçiliyi üzrə yeni sortların alınmasına üstünlük vermişdirlər. İstixana tərəvəzçiliyi ölkəmizdə son dövrlərdə (2000-2005-ci illərdən sonra) geniş vüsət aldığına görə bu sahədə ixtisaslaşmış sortların alnmasında bir qədər ləngimələr olmuşdur. Bu hal yaxın qonşu ölkələr üçün də xarakterikdir. Ona görə də hal-hazırda istixana tərəvəzçiliyinin sürətlə inkişaf etdiyi bir dövrdə istər yerli, istərsə də xarici sortlar olduqca azlıq təşkil edir və hazırda bu təlabat hibrid toxumlar hesabına ödənilir.
İstixana şəraitində əkin materialı üçün sort və hibridlər aşağıdakı göstəricilərə görə seçilməlidir: