• Meyvəsi giləmeyvədir. Meyvələri kürəvi, yastı-yumru, uzunsov, kubvari, prizmavarı, silindrik, konusvarı, xortumvarı şəkildə olur.
  • Bibərin meyvəsi 2-4 yuxalı olub, meyvə divarı 1-10 mm qalınlığında olur;
  • Şirin bibərdən fərqli olaraq acı bibərin meyvələrinin qalınlığı 1-2 mm olur;
  • Bibərin müxtəlif növ və sortlarından asılı olaraq meyvələrinin uzunluğu 1-25 sm, diametri 1-15 sm, kütləsi 5-200 qram arasında dəyişir;
  • Müxtəlif növ və sortlarından asılı olaraq meyvənin dadı şirin, yarımacı, acı və çox acı (yandırıcı) olur;
  • Toxumları sarı rəngli, dəyirmi, hamar, yastı, yüngül olub, iriliyi 0,4-0,8 sm olur (Şəkil 1.10);
  • 1000 ədəd toxumun kütləsi 3-9 qram olmaqla, 1 qramda 150-200 ədəd toxum olur. Toxumları 4-5 il cücərmə qabiliyyətini saxlayır.

Qeyd edək ki, şirin bibərin meyvələrində yuvaların sayı (tillər) onun dadına və istifadə xüsusiyyətinə təsir göstərir. Bu hal bolqar bibəri üçün daha xarakterikdir

4 yuvalı bibərlər (dişi tipli) daha şirin-tamlı, qabığı nazik olub, təzə halda salatlarda istifadə edilir.

3 yuvalı bibərlər (erkək tipli) daha şirin-tamlı, qabığı nazik olub, təzə halda salatlarda istifadə edilir.

Şəkil 1.10. Bibər bitkisinin meyvəsi

Şəkil 1.11. Bolqar bibərinin yuvalarının sayına görə fərqli xüsusiyyəti

Bibər bitkisinin özünəməxsus bioloji xüsusiyyətləri vardır:

  • Bibər bitkisi isti sevən bitki olub və tərəvəz bitkiləri arasında daha uzun vegetasiya müddəti ilə fərqlənir
  • Cücərmədən meyvənin tam yetişməsinə (məsələn, qırmızı rəngli bibər) qədər bibər bitkisinin vegetasiya müddəti 120-160 gün təşkil edir.
  • Şirin bibərlə müqayisədə acı bibər daha çox isti sevəndir və isti hava şəraitinə davalıdır
  • Toxumları gec cücərir. Ən tez halda əkindən 8-12 gün sonra cücərtilər alınır.
  • Yarpaq qoltuqaltında əksər hallarda 1 ədəd çiçək formalaşır, az hallarda 2 çiçək olur (Şəkil 1.9).