Pomidorun istiyə münasibəti
İstixana şəraitində pomidor bitkisinin normal böyüməsi və inkişafı üçün havanın optimal temperaturu 22±7
0C hesab olunur. Pomidorun normal böyüməsi və inkişafı üçün istixanada istilik gündüz buludlu havada 22 0C, günəşli havada 24-26 0C, gecələr isə 16-20 0C səviyyəsində saxlanılmalıdır.
- Gecə və gündüz temperatur fərqinin 8-100C-dən çox olması bitkini stresə salır, onun inkişafına mənfi təsir göstərir, çiçəkləmə və mayalanmanı pisləşdirir. Gecə istilik 100C-dən aşağı düşdükdə bitkinin inkişafı zəifləyir. İstilik rejimini nizamlamaq üçün əkin vaxtını düzgün seçmək, istixanada isitmə vəhavalandırma aparmaq lazımdır.
- Temperatur 15 0C-dən aşağı olduqda çiçəkləmə zəifləyir. Çiçəklərin mayalanması üçün maksimum temperatur 300C-dir. Ümumiyyətlə, pomidor bitkisində çiçəklərin mayanması üçün ən uyğun temperaturu 17-27 0C-dir . İstixana şəraitində temperaturun 30-32 0C-dən yuxarı qalxmasına yol verilməməlidir. 35-36 0C temperaturda meyvənin böyüməsi dayanır, tozcuqlar məhv olur, mayalanma getmir, çiçəklər tökülür.
- Meyvələrin böyüməsi və qızarması üçün 20-22 0C temperatur kifayət edir. Lakin temperatur 12 0C-dən aşağı olduqda pomidora qızrmızı rəng verən lukopin adlı piqment maddəsinin əmələ gəlməsi dayanır və meyvələr tam yetişməmiş, sarı rəngdə qalır.
- Pomidor bitkisi 8-10 0C temperaturda uzun müddət qala bilir, lakin bu şəraitdə çiçəkləmə dayanır. Temperatur 7 0C-dən aşağı olduqda pomidor bitkisinin inkişafı dayanır və köklər məhv olur.
- Pomidor toxumları 10-12 0C temperaturda cücərməyə başlayır. Lakin pomidor toxumlarının kütləvi cücərməsi və tez böyüməsi üçün havanın optimal temperaturu 20-25 0C-dir. Bu temperatur şəraitində pomidor toxumları 5-7 gün ərzində tam cücərirlər.
- Pomidor bitkisi üçün torpaqda temperatur istixana havasının temperaturundan 4-5 0C aşağı olmalıdır. Torpaq istiliyi 130C-dən aşağı düşməməlidir. Pomidor bitkisi üçün ən optimal torpaq temperaturu 16-200C-dir. Bu temperatur şəraiti pomidorun köklərinin normal böyüməsinə və qida maddələrinin mənimsənilən hala keçməsinə imkan yaradır.
Pomidorun suya təlabatı. Pomidor nisbətən quraqlığa davamlı bitkilər qrupuna aiddir. Ancaq pomidor bitkisindən yüksək məhsul götürmək üçün tez-tez suvarma tələb olunur.
Pomidor bitkisinin suya münasibəti aşağıda təsvir edilmişdir:
- Rütubət həddən artıq azaldıqda bitkinin məhv olmamasına baxmayaraq, böyümə dayanır, meyvələr xırdalaşır və turş olur, məhsuldarlıq isə kəskin surətdə azalır.