Pomidor bitkisi aşağıdakı vegetasiya dövrünü keçirir:
Sonra hər 5 7 gündən bir yeni yarpaqlar əmələ glir Bu şəkildə vegetativ inkişaf 20 25 gün davam edir
Tezyetişən sortlarda cücərmədən 35 40 gün (orta yetişənlərdə 60 gün, gec yetişənlərdə 90 gün) sonra birinci çiçək salxımı əmələ gəlir Orta hesabla cücərmədən 50 70 gün sonra çiçəkləmə başlayır və kolun məhv olmasına qədər davam edir
Salxımda çiçəklər 7 10 gün ərzində açılır Mayalanmadan sonra pomidorun tam yetiş kənliyə qədər böyüməsi 45 65 gün davam edir Orta hesabla kütləvi meyvə əmələ gəlmə 20 30 gün, meyvələrin tam yetişməsi 15 20 gün davam edir
Pomidor bitkisinin vegetasiya müddəti cücərmədən məhsulun tam yetişməsinə qədər (barvermə) sortlardan asılı olaraq 70-120 gün davam edir.
Pomidor bitkisinin torpaq-iqlim şəraitinə münasibəti. Pomidor bitkisi öz inkişafı dövründə həyat amillərindən hesab olunan işıq, istilik, su, hava və qida maddələri normal təmin olunmalıdır.
Pomidorun istiyə təlabatı. Pomidor isti iqlim bitkisidir. Ancaq yüksək istilik bitkidə solma və qovrulmaya, həmçinin tozcuqların steril (mayalanma qabiliyyətini itirməsi) hala keçərək mayalanmamasına səbəb olur. Pomidor bitkisinin istiyə münasibəti aşağıda qeyd olunmuşdur: