Burada pomidor çoxillik həmişə yaşıl bitki kimi özünü göstərir. Pomidor subtropik bölgələrdə birillik, tropik bölgələrdə ikiillik və ya çoxillik yetişdirilən bitkidir. İstixana şəraitində 2 -3 il məhsul verərək özünü çoxillik kimi göstərə bilir.
Pamidor bitkisinin morfoloji (quruluşu) xüsusiyyətləri:
Pomidorun gövdəsi determinant (alçaq boylu-50 sm-ə qədər, gövdənin nəhayəti çiçək salxımı ilə qurtarır) və indeterminat (nəhayətsiz böyüyür, boyu 150 sm-dən böyük) böyüyən olur. İstixanalarda, nəhayətsiz böyüyən sortlardan istifadə edilir və onlara forma verilərək şpalerə qaldırılır.