Xiyar istiliyə münasibəti. Xiyar tropik mənşəli bitki olduğu üçün istiyə çox tələbkardır. Xiyar bitkisinin istiyə münasibəti aşağıda qeyd olunmuşdur:
-
Temperatur 10 0C-dən aşağı olduqda xiyar bitkisinin inkişafı dayanır. Adətən, faraş səpinlərdə 8-9
0C temperatur şəraitində şişmiş toxumların çox hissəsi çürüyür və cücərti vermir;
-
Şəkil 1.3. Xiyar cücərtiləri
Xiyar toxumları 12-13 0C temperaturda cücərməyə başlayır (Şəkil 1.3). Xiyar toxumlarının kütləvi cücərməsi və tez böyüməsi üçün havanın optimal temperaturu 22-25
0C-dir;
- Əlverişli temperatur şəraitində xiyar toxumları 4-6 gün ərzində tam cücərirlər;
- Xiyar şaxtaya davamsız bitki olub, hətta 00C temperaturda məhv olur;
- Xiyar bitkisində fotosintez üçün vacib olan karbon qazının maksimum assimlyasiyası (yarpaqlar tərəfindən udulması) 20-30 0C temperatur həddində baş verir;
- İstixana daxilində meyvə əmələgəlmə dövrünə qədər xiyar bitkisi üçün havanın optimal temperaturu gündüzlər, günəşli havada 22-24 0C, buludlu havada 20-22 0C, axşamlar isə 17-18 0C qəbul edilir;
- İstixana daxilində meyvə əmələgəlmə dövründə xiyar bitkisi üçün havanın optimal temperaturu gündüzlər, günəşli havada 24-26 0C, buludlu havada 21-23 0C, axşamlar isə 18-20 0C hesab olunur;
- Torpaqda temperatur istixana havasının temperaturundan 1-2 0C aşağı olmalıdır. Xiyar bitkisinin normal inkişafı üçün torpaqda optimal temperatur 21-22 0C hesab olunur (Şəkil 1.4).
Şəkil 1.4. Xiyar bitkisinin inkişaf fazaları üzrə temperatur rejimi
Xiyarın suya tələbatı. Xiyar yerüstü hissəsi ilə daha çox su buxarlandırdığına görə tərəvəz bitkiləri arasında suya daha çox təlabkar bitki hesab olunur. Bu bitkinin yarpaq səthi çox böyük olub, çox su buxarlandırır, transpirasiya əmsalı əksər hallarda 800 və daha artıq olur.