Xiyar bitkisinin meyvəsi qabağa oxşar olub, 2-3 toxum kamerasından ibarətdir. Növ müxtəlifliyindən, onları təmsil edən sortlardan asılı olaraq xiyarın meyvələri 5-70 sm uzunluğunda və 30-2000 qram çəkidə olur. Xiyarın tam yetiş meyvələri öz forma və rəngini dəyişərək sarı-qəhvəyi rəng alır, qidalılıq dəyəri və dad keyfiyyəti pisləşir. Ona görə də məhsul əsasən tərxiyar formasında yığılmalıdır.
Xiyarın toxumu ağ-sarı rəngdə olmaqla, 1000 ədəd toxumun kütləsi 15-36 qram təşkil edir.
Toxumun yetişməsi zamanı onun üzərində müəyyən örtük əmələ gəlir və getdikcə toxumun qabığı qabalaşır. Xiyar bitkisi müxtəlif vegetasiya (inkişaf) fazalarını keçirir (Şəkil 1.2)
Xiyar bitkisinin torpaq-iqlim şəraitinə münasibəti. Xiyar bitkisinin normal inkişafı üçün tələb olunan həyat amilləri (işıq, istilik, su, hava, hava və qida maddələri) əlverişli halda olmalıdır.