Çiçəklərinə görə xiyar birevli, tək -cinsli bitkidir. Yəni, bir bitki üzərində həm erkək, həm də dişi çiçəklər əmələ gəlir. Həşaratlar vasitəsilə çarpaz tozlanır. Xiyarın bəzi sortları ikicinsli çiçəkələr əmələ gətirirlər. Belə sortlardan xiyarın hibrid toxumçulu -ğunda geniş istifadə olunur (Şəkil 1.1).
Xiyarın çiçəkləri təkcinslidir. Yəni, çiçəkdə ya erkəkcikləri, yaxud dişicikləri olur. Erkək çiçəklər adətən birinci açılır, 2-5 gündən sonra isə dişi çiçəklər alcılamağa başlayır. Erkək və dişi çiçəklərin nisbəti, becərilmə şəraitindən, sortlardan asılı olaraq müxtəlif olur.
Sortların bir-biri ilə tozlanıb bioloji zibillənməsinin qarşısının alınması üçün xiyarın toxumluq əkinləri başqa sortlardan ən azı 1000 m aralıda olmalıdır.
Xiyar çiçəklərinin bir-birindən fərqlənən əsas xüsusiyyətləri: