Məhsulun saxlanılması üçün meyvələr, ilk növbədə, çeşidlənir. Saxlamaq üçün davamlı, mexaniki zədəsi olmayan, sortun xarakterik xüsusiyyətləri, forması, dadı, rənginə malik sağlam, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş meyvələr seçilməlidir. Yığım, sortlaşdırma, qablaşdırma qaydalarına əməl edilməklə məhsulun saxlanma müddətini daha çox uzatmaq olar.
Soyuducu anbarda məhsulun saxlanma şəraiti və onun nizamlanması. Məhsulların anbarda saxlanması zamanı havanın temperaturu, rütubət, sanitariya tədbirləri, qablaşdırma, məhsulların çeşidi, etilen qazı (bəzi meyvə və tərəvəzlər tərəfindən fizioloji proseslər nəticəsində ayrılan təbii hormon), soyutma dərəcəsi, su itkisinin qarşısının alınması məsələlərinə diqqət yetirmək lazımdır (Şəkil 6.3). Anbarda məhsulların saxlanması üçün nələrə diqqət yetirilməlidir?
Havanın temperaturu. Soyuducuda temperaturun düzgün nizamlanması məhsulların köhnəlməsi, rütubət itkisini azaldır, bakteriyalar, göbələklərin inkişafını ləngidir, cücərmənin qarşısını alır. Hər bir məhsulun saxlanmasında temperaturun müəyyən olunmuş normadan yüksək olması məhsulun çürüyərək xarab olmasına, həddən aşağı olması isə məhsulun şaxtadan donaraq məhv olmasına səbəb olur. Aşağıdakı cədvəldə məhsulların soyuducu anbarda saxlanma temperaturları, etilen qazına münasibəti və saxlama müddəti verilmişdir.
Məhsul | Temperatur (0C) | Etilen qazı | Saxlama müddəti, gün | |
Buraxır | Həssaslıq göstərir | |||
Badımcan | 7.8-12.2 | *A | O-Y | 10-14 |
Bibər | 4.4-12.8 | A | A | 12-18 |
Xiyar | 10-12.8 | A | Y | 10-14 |
Pomidor | 16.7-20 | O | Y | 7-28 |
Cədvəl 6.1. Meyvəli tərəvəz məhsullarının soyuducu anbarda saxlanma temperaturu, onların etilen
qazına münasibəti və saxlama müddəti
*Qeyd: ÇA - çox az, ÇY - çox yüksək, A - aşağı, Y - yüksək, O - orta.
Havanın nisbi rütubəti. Soyuducuda rütubətə nəzarət etmək çox vacibdir. Ən yaxşı nisbi rütubət 80-90 % arasında dəyişir. Rütubət yüksək olduqda məhsulun çürüyərək xarab olması, aşağı olduqda isə bürüşərək köhnəlməsi, keyfiyyətin itməsinə gətirib çıxarır.
Meyvə-tərəvəzlərin saxlanılması üçün soyuducu a nbarlar haqqında ümumi məlumat. Meyvəli tərəvəz məhsullarını sadə və ixtisaslaşdırılmış anbarlarda saxlamaq olar. Sadə anbarlara burtlar və xəndəklər aiddir. İxtisaslaşdırılmış anbarlar xüsusi soyuducu qurğu və avadanlıqlarla təchiz edilir. Sadə anbarlarda kartof, kələm, yerkökü, çuğundur və s. bu kimi məhsullar saxlanıla bilər. Belə anbarlar istehlak yerlərində və tərəvəz tədarükü məntəqələrində hazırlanır. Burtların dərinliyi 0,2-0,5 metr, eni 1-3 metr, uzunluğu 10-20 metr, hündürlüyü isə 1,3 metrə qədər olur. Xəndəklər 0,5-dən 1,5 metrədək dərinlikdə qazılır.