Əks halda, saxlanılan zaman məhsulun keyfiyyəti aşağı düşür və itki faizi (xarab olma) artır ki, bu da iqtisadi cəhətdən zərərdir.
İtki nədir? Saxlama zamanı meyvə və tərəvəzin tərkibindəki suyun buxarlanması və tənəffüs prosesinə sərf olunan üzvi maddələrin hesabına meyvə-tərəvəzin kütləsinin azalması təbii itki adlanır. İtkinin 75-85 %-i suyun buxarlanması hesabına, 15-25 %-i isə üzvi maddələrin hesabına düşür. Bu itkilər saxlama şəraitindən asılı olmayaraq baş verir və yalnız optimal saxlama şəraiti yaradılmaqla minimuma endirilə bilər.
Məhsulun saxlanılmasına qədər gözlənilən şərtlər. Soyuducu anbarda məhsulların düzgün və keyfiyyətli saxlanılması üçün məhsulun yığıma qədərki taleyi xüsusi əhəmiyyət kəsb edir. Məhsulun anbara qoyulmasına qədər nələrə diqqət yetirilməlidir?
Bu sahədə əsas diqqət çəkən məsələlər aşağıdakılardır:
Məhsul yığımı zamanı, əsasən, aşağıdakılar diqqət mərkəzində olmalıdır: