Badımcan və bibərin 6-10 mm qalınlığında 15-25 mm ölçüdə doğranılır və istifadə olunur. Badımcanın acılığını aradan götürmək üçün 2% duz məhlulunda saxlayırlar. Bankanın dibinə bir neçə dəfnə yarpağı və 1-2 ədəd sarımsaq dişi qoyulur və əsas məhsul (badımcan və bibər 65-70%, qarışıq məhlul 35-30%) tökülərək bankanın ağzı germetik bağlanır və sterilə edilir.
Qeyd olunanlardan əlavə olaraq:
Pomidorun saxlanması və emalı- Pomidorun qızarması üçün boş, örtülü, quru, havalanan yerlərdən istifadə olunur. Lakin qızarmanı sürətləndirmək üçün xüsusi qaz qurğularından istifadə edilir və 20-220C temperatur şəraiti yaradılır. Bu zaman çəhrayı və alamor meyvələr 3-10 günə, süd yetişkənli və göy meyvələr isə 10-20 günə qızarır.
Əgər uzun müddət saxlamaq tələb olunursa bu zaman 6-100C temperatura rejimi yaradılır. Yetişkənliyi sürətləndirmək üçün 20-250C temperatura və 80-85% nisbi rütubət tələb olunur.
Pomidorun saxlanması üçün meyvələr ilk növbədə çeşidlənir. Süd yetişkənli meyvələr 8-100C, alamor - boz yetişkənli meyvələr 4-6 dərəcədə, qırmızı meyvələr 0-20C xüsusi soyuducu qurğularda saxlanılır. Saxlamaq üçün davamlı, mexaniki zədəsi olmayan, sortun xarakterik xüsusiyyətlərinə, formasına, dadına, rənginə malik sağlam, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş meyvələr seçilməlidir.
Saxlanma qurğularında mütəmadi olaraq çeşidlənmə işləri aparılır, qızarmış meyvələr tədricən seçilib satışa göndərilir. Xarab,çürümüş meyvələr çıxdaş edilir və təkrar çeşidlənərək saxlanmağa qoyulur. Yeşiklər iki endə düzülür və aralarında 60 sm gediş məsafəsi qoyularaq, saxlanma rejiminə daim nəzarət edilir. Digər tərəfdən havalanma üçün şərait yaranır.
Bəzi hallarda isə yetişməmiş meyvələr örtülü yerlərdə, saraylarda küləş üzərinə nazik qatda düzülür və qızardılaraq satışa göndərilir.
Yığma, sortlaşdırma, qablaşdırma qaydalarına əməl etməklə pomidorun saxlanma müddətini 3-4 ayadək uzatmaq olar. Mövcud standartda əsasən satış və uzaq məsafəyə göndərilən pomidor meyvəsinin ortadan diametri 4 sm-dən aşağı olmamalıdır. Bununla yanaşı yalnız qeyd olunan ölçüdən aşağı 5 faizə yol verilə bilər.
Konserv sənayesində marinad və duza qoymaq üçün alamor, göy və süd yetişkənli meyvələrdən istifadə olunur. Tomat pastası üçün isə tam yetişmiş qırmızı meyvələr yığılmalıdır.
Meyvəli tərəvəz məhsullarının saxlanma qaydaları. Meyvəli tərəvəz məhsullarının keyfiyyətli saxlanılması və saxlama zamanı itkilərin azaldılması üçün məhsulun düzgün yığılması, çeşidlənməsi, qablaşdırılması və saxlama şəraitinə ciddi əməl edilməlidir.