Lakin uzun müddət onun məhsulundan istifadə etmək məqsədilə əsasən konservləşdirilir. Belə ki, ondan marinad edilir, duza qoyulur, digər tərəvəzlərlə assorti hazırlanır.
Eyni zamanda təzə halda xüsusi soyuducu qurğularda, temperatura və nəmlik rejimində də saxlamaq olur. Bu məqsədlə ilk növbədə məhsulun yığımı düzgün aparılmalı, sortlaşdırılmalı və qablaşdırılmalıdır.
Xiyar saxlanma müddətində şəkərini və nəmliyini itirir. Belə ki, 6 gün müddətində 6-70C temperaturda şəkərin miqdarı 14%, 10 gün müddətində isə 32% azalır.
Mexaniki zədəsiz, sağlam halda xiyarı 10-150 temperaturda 3-4 gün, salat üçün sortları isə yalnız 1-2 gün saxlamaq olar. Soyuducularda 0-20S temperaturda və 90% nəmlik rejimində xiyarı 3 həftəyədək saxlamaq olar.
Təzə kornişon xiyarı konservləşdirmək məqsədilə yalnız 10 gün saxlamaq mümkündür.
Badımcanın saxlanması və emalı: Təzə tərəvəz məhsulları o cümlədən də badımcan məhsulu bir çox mikroorqanizmlər üçün çox əlverişli mühitdir. Buna səbəb badımcanın tərkibindəki maddələr, bir də təzə-tər ikən tərkibində bol miqdarda suyun olmasıdır. Meyvələr yığılmamışdan qabaq hər hansı mikroorqanizmə qarşı təbii müqavimət göstərə bilir. Eyni zamanda meyvələr qablaşdırılan və daşınan vaxt balaca bir zədənin alınması onların xarab olmasına səbəb olur. Sonra meyvələr sıx yığıldıqda orada hərarət çoxalır (el arasında buna “qızışma” deyillər) ki, bu da mikroorqanizmlərin artmasına səbəb olur.
Tərəvəz və başqa məhsulları saxlamaq, onları mikroorqanizmlərdən qorumaq, xarab olmasının qarşısını almaq üçün soyuq temperaturada saxlamaq lazımdır.
Badımcan meyvələrini 00S-də 1 ay saxlamaq mümkündür. Bunun üçün təbii zirzəmi, anbar (0-40S-də) və soyuducudan istifadə edilir. Bu zaman meyvələrin yuyulması məsləhət deyildir. Ayrıca tərəvəz-badımcanın meyvələri neylon torbalarda saxlanılır, lakin torbalarda deşik (nəfəslik) açmaq vacibdir.
Badımcan meyvələrindən kürü (ikra), müxtəlif xörəklər, turşular hazırlanır və konservləşdirilir. Belə ki:
Yuxarıda adları çəkilən və marinovat olunan məhsulların hamısı keyfiyyətli və çeşidli məhsul olmaqla yanaşı, ideal təmizlənmiş, yuyulmuş və doğranmış vəziyyətdə olmalıdır.