Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Meyvəli tərəvəz bitkilərinin məhsuluun vaxtı-vaxtında yığılması həm bitkinin normal inkişafını təmin etməklə yanaşı, məhsul itkisinin də qarşısını alır. Bundan başqa məhsulun düzgün yığılması, çeşidlənməsi, qablaşdırılması və saxlanması gəlirin yüksəlməsinə səbəb olan şərtlərdən hesab olunur. Yəni, yüksək məhsuldarlığın əldə olunması əsas şərt deyil, məhsuldan sonrakı proseslər də gəlirin formalaşmasına xüsusi təsir göstərir. Bu baxımdan hər bir tərəvəzçi məhsulun düzgün yığılması, çeşidlənməsi, qablaşdırılması və saxlanması qaydalarını bilməlidir
Bu bölmədə istixanada becərilən pomidor, bibər, badımcan və bibər bitkilərinin məhsulunun yığılması, onların çeşidlənməsi, qablaşdırılması və saxlanması qaydaları və s. məsələlər ətraflı şərh edilmiş və mövzuya uyğun praktik tapşırıqlar verilmişdir.
Əziz şagirdlər! Siz bu bölmədə tədris olunan mövzuları öyrənməklə istixana şəraitində meyvəli tərəvəz bitkilərinin yığılması və məhsulun sonrakı idarəetmə prosesləri ilə əlaqədar praktik vərdişlərə yiyələnəcəksiniz.