Çoban yastığı (romaşka). Bir hissə qurudulmuş xırdalanmış xammala 10 hissə isti su əlavə edilir, 12 saat saxlanılır. Süzəndən sonra 5 dəfə miqdarında duruldulur. Sorucu ziyanvericilərə, mişarçı həşarata (pililşik) süfrələrinə qarşı çilənilir.
Boymadərən (tıseçelistnik). Çiçəkləyən vaxtı yığılır və qurudulur. Xırdalınmışından 800 qr götürülərək suda qaynadılır, yarım saat saxlınılır, 10 litr suda 2 gün qalır. Mənənə, ballıca, alma güvəsi və yarpaq yeyən zərərvericilərə qarşı mübarizə aparılır.
Tütün. Döyülür, toz halına salınır. 100 qram tütün tozuna 200 qram əhəng tozu qarışdırılaraq soğan cərgələrinin kənarına soğan milçəyinə qarşı torpağa səpilir.
Sarımsaq. Cövhəri (40-50 qr 10 litr suda qaynadılır, istifadə edəndə 20-30 qram təsərrüfat sabunu əlavə edilir) ilə mənənəyə, hörümçək gənəsinə, mişarçı həşarata qarşı mübarizə aparılır. Qarışqanın çox gedib-gəldiyi yerə sarımsaq dilimləri qoyduqda onlar həmin yerdə bir də görsənmirlər.
50-150 qram sarımsaq ət maşınından keçirilir və ya həvəng-dəstədə əzilir, 10 litr suda həll edilir, süzülür hər 5-6 gündən bir pomidor bitkisinə çilənir. Makrosporioz, fitoftora, strik xəstəliklərinə qarşı istifadə edilir.
At əvəliyi. Qazılaraq kökü çıxarılır. 300 qram xırdalanmış xammala 10 litr isti su əlavə edilir. 2-3 saat saxlınılır. Çiyələkdə mənənə, gənəyə qarşı istifadə edilir.
Sərbəst iş üçün tapşırıqlar