Mənənəyə qarşı tərkibində Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan istifadə olunur. Bacillus thuringiensis əksər zərərvericilərin paraziti hesab olunmaqla, onların həmz orqanlarını məhv edərək öldürücü təsir göstərir. Tərkibində Bacillus thuringiensis bakteriyası olan 1-3 kq/ha (məsələn, dendrobasilin) biopreparat götürülür və 400-600 litr suya qarışdırılıb çilənməlidir.
İstixanada əksər zərərvericilərin təbii düşməni sayılan trixoqramma (Trichogramma evanescens Westw., T. ostriniae Pang et Chen., T. chilonis Ishii., T. dendrolimi Mats., T. ussuricum Sor növlərindən hər hansı biri) və Habrabrakan kimi həşəratların (entomofaqlar) istifadəsi səmərəli bioloji mübarizə üsulu sayılır. Mənənələrin əsas təbii düşməni hesab edilən yeddi nöqtəli parabizən sahəyə buraxılır.
İstixanada xəstəlik və zərərvericilərə qarşı bitkilərdən hazırlanan təbii dərmanlar :
İstixanada xəstəlik və zərərvericilərə qarşı xüsusi bitkilərdən təbii dərmanlar hazırlanır. Bu bitkilər fitonsidlər adlanır. Bitki mənşəli dərmanlar effektliyinə görə, kimyəvi dərmanlardan heçdə geri qalmırlar, onlar yalnız işlədilən zaman zəhərli olurlar. Rütubətin, havanın, günəşin şüalarının təsirindən onlar çox tez parçalanaraq, ətraf mühiti zəhərləmirlər. Kiçik fermer təsərrüfatlarında bitkilərdən hazırlanmış dərmanlardan istifadə olunması xüsusilə sərfəlidir.
Bitkilərdən həlim, cövhər və toz halında dərman hazırlanması qaydaları aşağıdakılardan ibarətdir:
Həlimin hazırlanması-Xırdalanmış bitki xammalı təmiz emallı qaba tökülür, üzərinə qaynar su əlavə olunur, ağzı qapaqla örtülərək vam odun üzərində qaynamaq həddinə çatmadan, 15 dəqiqə qızdırılır. Həlim soyudulur, bir neçə qat tənzifdən süzülərək şüşələrə boşaldılaraq ağzı kip bağlınılır. Çox isti olmayan, qaranlıq yerdə saxlanılır. Həlim istifadə olunduqda 1:10 nisbətində duruldulur, sabun qatılaraq istifadə olunur.
Cövhərin hazırlanması-Cövhər hazırlamaq üçün xırdalanmış xammalın üzərinə su əlavə edərək 25-30 dəqiqə müddətində qaynadılır. Buxarlanma nəticəsində həcm kiçildikcə su əlavə edilir. Soyudularaq, süzülüb, şüşələrə doldurub, həlimin saxlanma qaydasında saxlanılır.
Toz dərmanlarının hazırlanması-Yaxşı qurudulmuş xammal adi həvəng-dəstədə döyülərək toz halına salınır. Ələnərək şüşə taralarda ağzı kip bağlanmış halda saxlanılır. Nəzərə almaq lazımdır ki, xammal nə qədər narın döyülərsə, bir o qədər təsiri effektli olar.
Təbii dərmanların hazırlanmasında istifadə olunan fitonsid mənşəli bitkilər aşağıdakılardır: