4. Pestisidlərin yerləşdirilən qabların (kisələr,metal və polietilen qabların və s.) toplanması və ərazidən kənaredilməsi
5. Çənlərin çiləmədən sonra xüsusi ayrılmış ərazidə yuyulması və məhlulun xüsusi quyulara axıdılması
5.5. Ekoloji kənd təsərrüfatında bioloji bitki mühafizə tədbirləri və onların istixanada tətbiqi
Son dövrlərdə istixanalarda pestisidlərlə yüklənməni azaltmaq üçün xəstəliklərə qarşı müasir biotexnologiyanın uğurlarından istifadə edilir. Burada xəstəlik törədicilərinə qarşı bioloji mübarizə kimi antaqonist (həmin parazitə düşmən) mikroorqanizmlər və onlardan alınan məhsullar geniş tətbiq olunur.
Son dövrdə meyvəli tərəvəz bitkilərinin zərərverən orqanzmlərinə qarşı geniş təsir dairəsinə malik biopreparatlar istifadə edilir. Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları və Trichoderma lignorum göbələyi olan biopreparatlarla toxumun dərmanlanması nəticəsində tərəvəz bitkilərinin fuzarioz (soluxma) və kök çürümə xəstəliyinə qarşı davamlılığı artır.