1.1.3. Badımcanın istifadə xüsusiyyətləri və qidalılıq dəyəri
Badımcan dadına, yüksək qidalılıq xüsusiyyətinə və kaloriliyinə görə qiymətli tərəvəz bitkisi sayılır.
Badımcan tərəvəz bitkiləri içərisində ən qədim və geniş yayılan bitkilərdəndir. Bununla yanaşı daima bazarda yeri vardır. Yəni, bu bitkinin məhsulundan müxtəlif xörəklər hazırlandığı üçün həmişə alıcısı vardır. Son illərdə badımcan açıq və örtülü şəraitdə becərildiyinə və isti ölkələrdən (İran, Türkiyə və s.) gətirildiyinə görə ilin bütün fəsillərində onun bazarda satışının şahidi oluruq. Bu baxımdam badımcanın ölkəmizin əksər zonalarında əkilib-becərilməsi və əhali tərəfindən qida məhsulu kimi istifadə olunması üstünlükləri fermerlərə badımcan istehsalının artırılmasına və onun emalının təşkil olunmasına şərait yaradır. Həmçinin, badımcanın satış qiyməti də fermerlər üçün sərfəlidir. Əgər fermerlər öz təsərrüfatında badımcan məhsulunun konservləşdirilməsilə də (kürü, cürbəcür turşular və s.) məşğul olsalar, bu onlar üçün daha böyük sərmayə gətirə bilər.
Badımcan aşağıdakı istifadə xüsusiyyətlərinə malikdir:
Təzə halda müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir
Dadlı badımcan kürüsü olduqca geniş istifadə edilir
Şoraba hazırlamaq üçün digər tərəvəzlərlə birlikdə turşuya qoyulur
Tək halda duza qoyulur
Badımcan aşağıdakı qidalılıq xüsusiyyətlərinə malikdir: