Açıq sahələrdə gənəcik iyun ayının ikinci yarısında əmələ gələ bilər.
Mübarizə. Bitki qalıqlarını sahələrdən və şitilxanalardan təmizləyərək məhv etmək, zədələnmiş bitkiləri isə mənənə ilə mübarizədə təklif olunan məlhəmlə çiləmək məsləhətdir. Bundan başqa bitkiləri kolloid kükürdü ilə də (50-100 qram 10 litr suya hesabı ilə) çiləmək olar.
Ağqanad. Xırda həşəratdır (1,5 mm), unlu ağ qanadları var. Dişi fərdlər yarpağın alt tərəfində yumurta qoyurlar. Sürfələr və yaşlı fərdlər yarpaqların şirəsini soraraq, onların üzərini şirəli ifrazatla örtürlər. Həmin şirəli ifrazatlarda isə kif göbələyi əmələ gələrək, bitkinin normal inkişafına imkan vermir.
Bu həşəratla mübarizədə torlu gənəcikdə verilmiş tədbirləri həyata keçirmək tövsiyyə edirlər.
Sovka. Geniş yayılmış və çox ziyan vuran zərərvericidir. Sovkanın tırtılları cavan bitkilərin gövdəsini torpaq səthində altdan gəmirərək onları məhv edir. Bu həşəratlar şitillərin sahələrə yeni əkilən dövründə, onlar hələ torpağa tam bərkiməmiş və zəif vəziyyətdə olduqda ən çox ziyan vururlar.
Mübarizə. Əsasən aqrotexniki tədbirlərdən istifadə edilməlidir: alaqlarla mübarizə, cərgəaralarını yumşaltmaq, kəpənəkləri tutmaq üçün tələlərdən istifadə etmək (qıl-qırmış natka). Tırtıllar peyda olduqda 2-3 dəfə bitkiləri yovşan yaxud kartof gövdəsinin məlhəmi ilə çiləmək olar. Əgər qeyd olunan tədbirlər nəticə verməsə, onda sovkanın tırtılları kiçik yaşda olduqda 0,1-0,2% aktellik (2-3 kq/ha), karate (1,5-2 kq/ha), Bİ-58 (2-3 kq/ha) preparatları ilə çiləmə aparılmalıdır. Sovkanın tırtıllarına qarşı bioloji preparatlardan bitoksibatsilin – 202 (2 kq/ha), dendrobatsilin (2-3 kq/ha) məhlulu ilə çiləmə yaxşı nəticə verir və ekoloji cəhətdən faydalıdır.
Fır nematodu və danadişi də bibər üçün xarakterik zərərvericilərdəndirlər. Bu zərərvericilərə qarşı 10%-li donitoldan (2 l/ha), 5%-li karatedən (0,1 l/ha), sumi-alfadan (0,2-0,6 l/ha) istifadə etmək olar. Meyvə yığımına 10-15 gün qalmış çiləmələr dayandırılmalıdır.