Novaluron 100 qr/l | SC | 60 ml | 5 |
Metaflumizone 240 qr/l | SC | 100 ml | 3 |
Torpaq zərərvericisi - danadişi (Fırçıxıntılı danadişi) Gryllotalpagryllotalpa |
|||
Təsiredici maddə | Formulu | Doza, 100 litr suya | Dərmanlama ilə yığım arasında gözləmə (gün) |
Chlorpyrifos-ethyl %25 | WP | 400 qr +10 kq kəpək+ 500 qr şəkər |
7 |
Parathion-methyl 360 qr/l | EC | 100 ml | 28 |
Chlorpyrifos-ethyl %25 | WP | 400 qr | 7 |
Parathion-methyl 360 qr/l | EC | 100 ml | 28 |
5.2.3. Badımcan və bibər bitkilərinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
Badımcan bitkisinə ən çox zərər vuran kolorado böcəyidir. Son vaxtlar bu həşərat xeyli artmışdır. O, bitkinin yarpaqlarını yeyir, meyvəsini zədələyir, nəticədə məhsuldarlıq aşağı düşür. Kolorado böcəyinə qarşı 20%-li konfidor (0.5-0.7 1 ha), karlotos (hek-a 1.5 kq) və ya karate (1.2-1.5 kq/ha) preparatlarından biri istifadə olunur.
Bibər bitkisinin əsas zərərvericiləri: mənənə, torlu gənəcik, ağqanad və sovkadır.
Mənənə. Bitkinin gövdəsində, yarpaq və çiçəklərində məskunlaşaraq, bitkinin şirəsini sormaqla yarpaqların burulmasına, çiçəklərin qurumasına, meyvələrin inkişafdan qalmasına və eybəcərliyinə gətirib çıxarır. Bu çox xırda 2,5 mm qədər olan bir həşəratdır. İri fərdləri və sürfələri alaq otlarında qışlayırlar. Yazda isə temperatur 120S çatdıqda inkişaf etməyə başlayırlar. Mövsüm ərzində mənənə 20-dək nəsil verir.
Mübarizə. Mənənə əmələ gəldikdə bitkiləri təsərrüfat sabunu məhlulu (100-200 qram 10 litr suya), yovşan, boymadərən və tütün bitkilərinin cövhər və həlimi ilə çiləmək olar. Mənənənin ziyanvurma dərəcəsi yüksək olduqda isə kimyəvi mübarizədən istifadə etmək olar. Bunun üçün 1-2 dəfə bitkiləri İNTA-BJR (1 tab - 10 litr suya) preparatı ilə çiləmək olar.
Torlu gənəcik Gənəciklər yarpaqların alt tərəfində məskunlaşaraq sorucu ağız aparatı vasitəsilə onların şirəsini soraraq nazik hörümçək toru qurur, orada yaşayır və inkişaf edir. Zədələnmiş yarpaqlarda əvvəlcə açıq rəngli nöqtələr əmələ gəlirlər. Sonra isə yarpaq bütövlükdə ləkələnir (mərmərə oxşar), beləliklədə yarpaq saralır və quruyur. Gənəcik və onun sürfələri bitkinin şirəsi ilə qidalanaraq, onların yarpaq, çiçək və meyvələrinin tökülməsinə səbəb olur. Sirayətlənmə dərəcəsi yüksək olduqda bitkilər məhv ola bilərlər.