Pomidor məhsuluna təlabatın yüksək olmasının səbəblərindən biri də məhsulun Rusiya bazarlarında satılmasıdır. Pomidorun meyvələri yüksək dad keyfiyyətinə malik olduğu üçün təzə halda və emal edilərək bütün il boyu istifadə olunur.
Pomidor bitkisinin meyvələri qiymətli ərzaq məhsulu olmaqla ondan təzə, duza qoyulmuş, marinad edilmiş (turşuya qoyma, şoraba) halda və konservləşdirilmədə geniş istifadə edilir.
Pomidorun meyvələri əsasən tam yetişmiş, qismən qonur yetişmə, çəhrayi yetişmə və süd yetişmə fazalarında istifadə edilir.
Qonur və süd yetişkənlikdə olan meyvələr duza qoyulur və marinadlaşdırılır.
Tam yetişmiş qırmızı meyvələr təzə halda salatda, müxtəlif xörəklərdə ədviyyat kimi və şirə, tamat, mürəbbə, pasta, püre, əzmə halında emal edilərək istifadə edilir. Xüsusi ilə pomidor təzə halda, şirə halında sərinləşdirici və vitaminli məhsul kimi böyük əhəmiyyətə malikdir.
Pomidor meyvələrinin qurusu qiymətli ədviyyat kimi istifadə olunur.
Pomidor meyvələrini süd yetişmə fazasında uzaq məsafələrə göndərmək mümkündür. Belə meyvələr 5-7 gün müddətinə tam qızarırlar, lakin keyfiyyəti bir qədər aşağı olsa da, əmtəə görkəmi dəyişmir.
Türkiyə, İran və bir çox şərq ölkələrində pomidor meyvələrinin qurusu qiymətli ədviyyat kimi istifadə edilir və pomidor qurusunun istehsalı olduqca gəlirli sayılır.
Pomidor aşağıdakı qidalılıq xüsusiyyətlərinə malikdir: