Murdarça mənənəsi. Yumurta mərhələsində qışlayır, martın axırı və aprelin əvvəllərində yumurtadan çıxan sürfələr cavan yarpaqlarla qidalanaraq 10-15 gündən sonra yetkin mərhələyə çatırlar. Pomidor bitkisi üzərində bir neçə nəsil verir.
Mübarizə tədbirləri. Mənənələrə qarşı mübarizə üçün 1%-li sumi alfadan (hektara 2-3 litr), karatedən (hektara 1,5-2 kq), aktelikin 0,2%-li məhlulundan (0,5-1,5 kq) istifadə olunur. Digər əvəzedici preparatlardan da istifadə etmək məsləhət görülür.
Karadrina. Buna bəzən pambıq sovkası da deyilir. Pup mərhələsində qışlayır. Qışlamış puplardan yazda martın axırı, aprelin əvvəllərində kəpənəkciklər çıxır. Bitki üzərində topa halında 250-yə qədər yumurta qoyur. Tırtılın inkişafı 15-20 gün çəkir və ildə 4 nəsil verir.
Mübarizə tədbirləri. Pambıq sovkasına qarşı aparılan kimidir.
Ağ qanadlı, tütün tripisi, kolorado böcəyi, nematod və danadişi də pomidorun xarakterik zərərvericilərindəndir.
Bu zərərvericilərə qarşı 10%-li donitoldan (hektara 2 litr), 40%-li B-58-dən (hektara 1,5-2 litr), 5%-li karatedən (hektara 0,1 litr), sumi alfadan (0,2-0,6 litr) istifadə etmək olar. Meyvə yığımına 15-20 gün qalmış çıləmələr dayandırılmalıdır.
Nemotoda qarşı mübarizə məqsədi ilə əsasən istixana şəraitində torpaq zərərsizləşdirilməlidir. Pomidor əkininə 30-40 gün qalmış qurunt 85-90%-li Dazametlə (hektara 1000 kq) zərərsizləşdirilir. Eyni zamanda 40%-li karbationla (hektara 1500-2000 kq), 50%-li DD preparatı ilə (hektara 1000 litr) və yaxud 10%-li Vidatla (hektara 50 kq) dərmanlanmalıdır.
Pomidorda ağqanadlı | |||
Kimyəvi mübarizə | |||
Təsiredici maddə | Formulu | Doza, 100 litr suya | Dərmanlama ilə yığım arasında gözləmə (gün) |
Acetamiprid %20 | SP | 30 qr (tarla) 30 qr (istixana) |
3 |
Chlorpyrifos ethyl 480 qr/l | EC | 200 ml | 7 |
Cypermethrin 200 qr/l |
EC | 40 ml | 7 |
Cypermethrin 250 qr/l |
EC | 30 ml | 7 |
Deltamethrin 25 qr/l | EC | 100 ml | 3 |
Fenpropathrin, 185 qr/l |
EC | 100 ml | 7 |
İmidacloprid | SC | 100 ml (istixanada | 7 |