Əksər tərəvəz bitkilərində mənənələrə, gənələrə, həmçinin tripsə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
- Polo 500 (500 qr/l Diafentiurom);
- ЭНЖИО 247 SC ( tiametoksam 141 q/l+lambda siqalotrin 106 q/l);
- Politrin 315 KA (Prefenofos 300 qr/l və Lyambda-siqalotrin 15 qr/l);
- Karate K.E;
- Nurelle-D;
- 40%-li roqor (Bi-58 tərkibli, sərfiyyat: 1,5 l/ha);
- 25%-li ambuş (0,8 l/ha);
- 20%-li Sumi - Alfa (0,4 l/ha);
- 40%-li poliqor (2,5 l/ha);
- Raqor (0.5-0.9 l/ha);
- Karbofos (2.4-3.6 l/ha);
- Desis (0.25-0.5 l/ha).
Tərəvəz əkinlərində yayılmış pambıq sovasına qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
- Desis, 35%-li fazalon 3 kq/ha;
- 85%-li sevin - 2,5 kq/ha;
- 50%li qardon - 2,5 kq/ha;
- 20%-li sumisidin - 0,6 kq/ha;
- ЭНЖИО 247 SC ( tiametoksam 141 q/l+lambda siqalotrin 106 q/l);
- Politrin 315 KA (Prefenofos 300 qr/l və Lyambda-siqalotrin 15 qr/l).
Kolorado böcəyinə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
- Boverin (hər hektara 2 kq boverin +0,4 kq 80%-li xlorofos);
- Xlorofos preparatının 80%-li islanan tozunun suspenziyası (1-1,5 kq/ha);
- Fozalon preparatının 35%-li emulsiya konsentratının məhlulu (1,5-2 l/ha);
- Volaton preparatının 50%-li emulsiya konsentratının məhlulu (1-1,5 l/ha).
Qeyd olunan dərmanların 1 hektar üzrə tələb olunan norması orta hesabla 400-600 litr/ha suya qarışdırılaraq işçi məhlul hazırlanır və çiləyici maşınlar vastəsilə çilənir.
Danadişi tərəvəz əkinlərində, xüsusilə də istixanada daha geniş yayılmaqla şitilləri, kök yumrularını, kök meyvələrini və cücərtiləri zədələyərək əkinlərə böyük ziyan vurur. Danadişiyə qarşı mübarizə məqsədilə aldadıcı yemdən, zəhərli kimyəvi preparatlardan istifadə edilir.
Danadişiyə qarşı aşağıdakı kimyəvi dərmanlardan istifadə edilə bilər:
- 80%-li xlorofos (4 kq dərman/100 kq kəpəyə aldadıcı yem şəkilində);
- 25%-li dursban (4 kq dərman/100 kq kəpəyə aldadıcı yem şəkilində);
- 25%-li metafos (4 kq dərman/100 kq kəpəyə aldadıcı yem şəkilində);
- 10%-li danitol və 5%-li karate kimi preparatlardan aldadıcı yem (1 kq kəpəyə bu preparatların birindən 20-30 qram).