Xəstəlik ölkəmizdə də qeydə alınmışdır. Xəstəliyin simptomları şirin bibərin yarpaq, gövdə və meyvələrində müşahidə edilir. Acı bibərdə simpt omlar elədə hiss olunmur. Xəstəliyin ilkin əlamətləri kiçik, qeyri-düzgün formalı ləkələr şəklində yarpaqların alt səthində meydana çıxır. Müəyyən zaman keçdikdən sonra yoluxmuş toxuma sahələri ölçücə böyüyür, tünd qəhvəyidən tutmuş qara, mərkəzi isə solğun sarı-qəhvəyi rəng alır. Belə ləkələr yarımşəffaf sarı su ilə əhatə olunur. Yarpaqların üst səthində ləkələr adətən yüngülcə basıq, yarpaqların alt səthində isə nisbətən qabarıqdır. İnfeksiya ilə güclü yoluxmuş yarpaqlar xlorotikləşir və didilmiş görkəm alır. Xəstəlik güclü inkişaf edən zaman yarpaqlar vaxtından əvvəl məhv olurlar. Gövdələr yoluxan zaman onların səthində dar (məhdud) şəffaf-qəhvəyi, nisbətən qabarıq uzunsov yaralar zühur edir. Meyvələrdə ləkələr nekrotikdir. Bu ləkələr zolaqlı səthə malik olmaqla partlayırlar.Əsas infeksiya mənbəyi bitki qalıqlarıdır. Quru bitki qalıqlarında bakteriya 2 ilə qədər həyatilik qabiliyyətini saxlaya bilir. Bitki qalıqları çürüyəndə bakteriyalarda onlarla birlikdə məhv olurlar. Ədəbiyyat məlumatlarında göstərilir ki, şirin bibərin qalıqları gələn yaza qədər tam çürüyə bilmədiyindən onlarda xəstəlik törədicisi saxlanılır.Yay dövrü bakteriya bir bitkidən digərinə yağış damcıları ilə yayılır. Bu işdə külək amili həlledici rol oynayır. Bakteriya bitkiyə əsasən ağızcıqla daxil olur.Bakterial ləkəlik xəstəliyinin törədicisi olan bakteriyanın inkişafı üçün optimal temperatur 300 C-yə yaxındır. 28-290 C temperaturda bakteriya sürətlə inkişaf edir. Buna görə də bakterial ləkələr cənub ölkələri üçün daha xarakterikdir. Bitki yarpaqlarının səthində bir neçə saat qalan damcı su xəstəliyin gedişini daha da intensivləşdirir. Buna görə iyun və iyul aylarında yağışlar xəstəliyin epifitotiya şəklində yayılmasına real zəmin yaradır.Xəstəlik nəticəsində məhsulun keyfiyyəti aşağı düşür, meyvələrin xarici görkəmi pisləşir. Bəzən xəstəliklə güclü yoluxan bitkilər meyvə vermir, bəzən də cılız, kiçik, dadsız meyvələr formalaşırlar.
Mübarizə tədbirləri. Badımcanın və bibərin bakterial xərçəng xəstəliyində olduğu kimidir.
Badımcan və bibər əkinlərində kolorado böcəyi, fır nematodu və danadışı geniş yayılaraq ciddi zərər vurur. Bu zərərvericilər haqqında məlumat pomidor bitkisinin zərərvericiləri bölməsində göstərilmişdir.
5.2. Meyvəli tərəvəz bitkilərinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
Meyvəli tərəvəz bitkilərinə ən çox tütün trips, mənənələr, gənələr, tor gənəciyi, pambıq sovkası, kolorado böcəyi, ağqanadlı, danadişi və s. ziyan vurur.