Mübarizə tədbirləri | |
Bitkilərin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Növbəli əkinə əməl edilməli, badımcan və bibər plantasiyaları kartof və pomidor əkinlərindən 0,5-1 km kənarda yerləşdirilməlidir. Fungisidlərlə çiləmələr hələ parnikdən başlamalıdır. Şitillərin 0,3-0,4%-li oksixom preparatının işçi məhlulu ilə dərmanlanması vacibdir. Bu məhlulla şitil yetişdirilən substrat da suvarıla bilər. Yağmurlu keçən illərdə tarla şəraitində xəstəliyin ilkin simptomları göründükdə ridomil qold MS 2,5 kq/ha, monikobordo 3 kq/ha, klip 0,5 kq/ha preparatlardan biri ilə işçi məhlulun məsarifi 350-400 l/ha olmaqla birinci çiləmə aparılmalıdır. Sonrakı çiləmələr xəstəliyin inkişafı və meteoroloji şərait nəzərə alınmaqla 10-14 günlük intervalla təkrar edilir. | |
5.1.3.2. Badımcan və bibərin unlu şehi (Leveillula taurica Am)
Patogenin morfologiya və biologiyası.Yarpaqların üst səthində açıq sarıdan şəffaf sarıya qədər dəyişən rəngli dağınıq ləkələr əmələ gəlir. Müəyyən zamandan sonra sirayətlənmiş sahələr nekro zlaşır. İnfeksiyaya uğramış ya rpaqlar kənarları boyunca yuxarıya doğru qatlanırlar, yarpaqların alt səthində isə ağ unlu örtük görünür.