Toxumlar 20 dəqiqə müddətində 48-500C temperaturlu qaynar suda saxlandıqda qismən infeksiyadan azad olunur. Bitki qalıqlarının məhv edilməsi, dərin dondurma şumu, növbəli əkinə əməl edilməsi, toxumların dərmanlanması vacibdir.
5.1.2.8. Pomidorun mozaikası (Ttomato mozaic virus)
Virusla yoluxan yarpaqların səthində şəffaf-yaşıl ləkələr meydana çıxır. Bəzən yarpağın
müəyyən bir hissəsi qıjı formasını alır. Belə bitkilər zəif məhsul verir. Xəstəliyin törədicisi çubuqşəkilli virus olub, hissəciklərinin uzunluğu 300 nm və diametri 18 nm-dir. Bitkidən bitkiyə intakt olaraq keçir, mənənələr və başqa həşəratlarla yayılır.
Virus pomidor meyvələrinin toxumlarında, habelə bir çox alaq otlarında saxlanılır. Bitkini yoluxduran virusun ştammlarından asılı olaraq xəstəliyin simptomları dəyişir. Mozaika ilə yoluxma nəticəsində pomidorun məhsuldarlığı 10-15% aşağı düşə bilir.
5.1.2.9. Pomidorun bürünclüyü (Tomato spotted wilt virus)
Adətən xəstəlik törədicisi olan virus isti rayonlarda tütün, tənbəki və pomidor bitkilərini yoluxur. Xəstə bitkilərin cavan yarpaqları bürünc və ya bənövşəyi çalar alır. Sonra həlqə formasında nekrotik ləkələr əmələ gəlir. Adətən belə yarpaqlar məhv olur. Xəstə bitkilərin meyvələri solğun-sarı həlqələrlə əhatə olunur. Yetişən zaman bu meyvələrin rəngi eyni olmur. Gövdələrdə, habelə saplaqda qəhvəyi və ya qara nekrotik zolaqlar inkişaf edir. Güclü yoluxma zamanı gövdənin təpə hissəsi ölüşgəyir, bəzən belə bitkilər meyvə vermir.
Xəstəliyin törədicisi olan virus iri, sferik, diametri 50-120 nm, ikiqat membrana malikdir. Xəstəliyi tütün tripsi yayır, virus isə tripsin bədənində qışlayır. Tripsin inkişaf dövrü 20 gündür, vegetasiya dövründə zərərverici 6 nəsil verir. Trips virusla xəstə bitkilərlə qidalanma zamanı sürfə fazasında sirayətlənir. Onun axırıncı nəsli çoxillik alaq otlarında qışlayır, yazda isə pomidor, tütün və tənbəki bitkilərini yoluxur.
5.1.2.10. Strik (Tobacc(ml)o mozaic virus)
Xəstəlik ən çoxu istixanada yayılır, lakin açıq şəraitdə becərilən pomidor əkinlərində də müşahidə edilmişdir.Yarpaqların səthində düzgün olmayan formalı ləkələr zühur edir.