1.1. Meyvəli tərəvəz bitkilərinin (örtülü şəraitdə - şüşə və ya plyonka) əsas növləri (xiyar, pomidor, badımcan, bibər) və onların xalq təsərrüfatı əhəmiyyəti
Meyvəli tərəvəz bitkilərinə pomidor, xiyar, badımcan, bibər, yemiş, qarpız, qabaq və s. daxildir.
Örtülü sahədə əsasən sadalanan meyvəli tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur.
Bu baxımdan modulda əsasən pomidor, xiyar, badımcan və bibər bitkiləri tədris olunur. Bu bitkilərin meyvələrinin tərkibində insan orqanizmi üçün xeyrli olan karbohidratlar, zülallar, vitaminlər, mineral duzlar, üzvü turşular, aromatik maddələr və qələvilər vardır. Pomidor, xiyar, badımcan və bibərin əmtəəlik xüsusiyyətlərinə və qidalılıq dəyərinə görə böyük xalq təsərrüfatı əhəmiyyətini nəzərə alaraq onların haqqında ayrı-ayrılıqda məlumat verilmişdir.
1.1.1. Xiyarın istifadə xüsusiyyətləri və qidalılıq dəyəri
Tərəvəz bitkiləri arasında xiyar əsas yerlərdən birini tutur. Azərbaycanın bütün torpaq-iqlim şəraitlərində, ilin ayrı-ayrı fəsillərində, açıq və örtülü sahələrdə xiyar məhsulu yetişdirmək mümkündür.
Xiyarın meyvələri qiymətli ərzaq məhsulu olmaqla yanaşı, aşağıdakı istifadə xüsusiyyətlərinə malikdir:
Xiyar aşağıdakı qidalılıq xüsusiyyətlərinə malikdir: