Patogenin morfologiya və biologiyası. Xəstəlik adətən meyvələrin formalaşması dövrü zühur edir. Əvvəlcə bitkilərin alt yarpaqlarının bir hissəsində saralma müşahidə olunur. Daha sonra onlarda açıq sarı çalarlı qonur ləkələr meydana çıxır və bitki tədricən soluxur. Xəstə bit-kilərin gövdəsinin eninə kəsiyində boru həlqələrinin qaralması müşahidə edilir. Fuzarioz soluxması ilə bitkilər inkişafın bütün fazalarında qarşılaşır, lakin xəstəlik meyvələrin əmələgəlmə mərhələsində xüsusilə təhlükəlidir. Şitillikdə yarpaqların həm soluxması, həm də saralması baş verir. Yaşlı bitkilərdə tədricən al tdan başlayaraq yarpaqlar saralır və ölüşkəyir, bitki tezliklə soluxur. Bəzən sirayətlənmiş bitkilər vegeta-siyanın sonuna qədər tələf olmurlar. Lakin onlar böyümədən qalır,az miqdarda
keyfiyyətsiz meyvələr verir. Xəstə bitkinin gövdəsinin eninə kəsiyində boru-damar sisteminin qaralması müşahidə olunur.
Ekologiyası. Vertisillium və fuzarium cinslərinə daxil olan növlər meteoroloji amillərə qarşı çox tələbkardır. Hər iki törədici nəmliyi sevir, yüksək rütubət şəraitində inkişaf edir. Geniş temperatur rejimində (5-350C) inkişaf edə bilmələri onları mühafizə olunan bitkilər üçün daha təhlükəli edir.
Mübarizə tədbirləri | ||
Tətbiq oluna bilən funqisidlər |
Doza, 100 litr suya | Davamlı sortların becərilməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi, ən yaxşı sələf bitkisinin seçilməsi əhəmiyyətlidir. Üçyarpaq yonca önəmli dərəcədə vertisillium göbələklərinin inkişafının qarşısını alır. Dərin dondurma şumu, torpağın pH-nın 6,5-7,0 səviyyəsində saxlanması, nitrat azotundan istifadə, istixana və parniklərin dezinfeksiyası, son olaraq isə toxumların dər-manlanması vacibdir. |
Mis Oksiklorid WP 50% | 500 qr/ şitil | |
Benomyl Wp 50 % | 100 qr | |
Bordo məhlulu | 500+1000 qr/ şitil | |
Captan WP 50 % | 250 qr | |
Captan+PCNB Toz 10+10 % | 40 qr/ m2 torpaq | |
Formaldehit EM 400 g/l | 4 litr (m2 yə 150 cc(ml)) | |
Mancozeb WP 80% | 200 qr | |
Maneb WP 80% | 200 qr/100 kq toxuma | |
Maneb WP 80% | 250 qr/ şitil | |
Methyl Bromide Gaz 98% | 60 qr/m2 torpaq | |
PCNB Toz 18% | 35 qr/m2 torpaq | |
Propineb WP 70% | 250 qr/ştil | |
Thiram WP 80% | 200 qr/100 kq toxuma | |
Tolclofos Methyl WP 50 % | 100 qr | |
Hymexazol SC 360 qr/l | 150 cc(ml) |