Meyvələrdə sulu haşiyələrlə əhatələnmiş tünd qabarıq formada ləkələr əmələ gəlir, sonra haşiyə yox olur. Xəstəlik artdıqca ləkələr böyüyür və keçəlliyi xatırladır. Xəstəlik toxumlarla və bitki qalıqları ilə yayılır.
Mübarizə tədbirləri: Şitilləri 1% bordo məhlulu ilə çiləmək (1 hektara 6 kq).
Tütün mozaikası (ala-bəzəklilik): Virus xəstəliyi olub, toxumla bitkiyə keçir. Müxtəlif formalarda yarpaqlar deformasiyaya uğrayır, ağarır, meyvələr eybəcər şəkil alır. İnfeksiya şəklində xəstə bitkidən sağlam bitkiyə yoluxur. Mozaikanın virusu bitki qalıqlarında və torpaqda qalır.
Mübarizə tədbirləri: Torpaq mütləq zərərsizləşdirilməlidir. Səpindən əvvəl toxumu 1%-li kalium permanqanatın məhlulunda 20 dəqiqə saxlamaq, sonra su ilə yuyub qurutduqdan sonra əkmək lazımdır. Xəstəliyə tutulmuş bitkilər çıxdaş edilməli və əkin dövriyyəsi dəyişdirilməlidir.
Fuzarioz: Göbələk xəstəliyi olub, torpağın temperaturu 280C olduqda normal inkişaf edir. Aşağı nəmlik və az işıqlanma intensivliyi göbələyin inkişafını sürətləndirir. Xəstəlik nəticəsində yarpaq ayəsi açıq rəngə çevrilir. Yarpaqlar quruyur və sonra tökülür. Nəticədə bitkinin inkişafı zəifləyir, gövdə ətrafında quruma gedərək onun su və qida rejimi pozulur.
5.1.2.1. Pomidorun fitoftorozu və ya qonur çürüməsi (Phytophthora infestans (Mont.) de Bary)
Xəstəliklə bitkinin yarpaq, gövdə və meyvələri yoluxur. Fitoftorozun ilkin əlamətləri adətən pomidor kolunun aşağı yarpaqlarında kiçik səpələnmiş qonur rəngli ləkələr şəklində meydana çıxır. Əlverişli hava şəraitində (yüksək rütubət, mülayim davamlı hava) ləkə tezliklə böyüyür və bütün yarpağı əhatə edir. Pomidorda fitoftoroz yayın ortalarında və ya sonunda müşahidə edilir.
Xəstəliyin inkişafına havanın mülayim temperaturu (15-220C) yüksək rütubət (85%-dən artıq), gündüz və gecə temperaturlarının kəskin dəyişməsi təsir edir. Əlverişli şəraitdə fitoftorozdan bütün bitkilər məhv ola bilir, məhsulun xarab olması isə bir neçə gün sonra başlayır.
Mübarizə tədbirləri | ||
Tətbiq oluna bilən funqisidlər |
Doza, 100 litr suya |
Pomidorun fitoftorozdan qorunmasında profilaktiki tədbirlərin rolu böyükdür. Saxlama kameralarının və taranın dezinfeksiyası, toxum məhsulunun yalnız sağlam meyvələrdən toplanması, məhsul toplanışı zamanı meyvələrin təmiz seçilməsi, xəstələrin çıxdaşı, toxum materialının bütün |
Azoxystrobin SC 250 qr/l | 75 ml | |
Mis Oksixlorid WP 50% | 300 qr | |
Mis Oksid WP 50% | 500 qr | |
Mis Oksixlorid SC 700 qr/l | 200 ml | |
Mis kompleks+Mancozeb | 300 qr |