5.1.1.2. Tağlı bitkilərin antraknozu (Colletotrichum orbiculare Arx)
Xəstəliklə örtülü və açıq şəraitdə becərilən bütün tağlı bitkilər vegetasiya dövründə yoluxurlar. Yarpaqlarda açıq qonur və ya sarı dəyirmi ləkələr formalaşır, onlar adətən birləşir və bütün yarpağı tutur. Sirayətlənmiş yarpaqlar qo-nurlaşır və kövrəkləşir. Meyvə, gövdə və saplaqlarda qonur və ya qara ləkələr basıq yara şəklində meydana çıxır. Rütubətli hava şəraitində ləkələr çəhrayı və ya qırmızıtəhər-sarı yastıcıqlarla örtülür. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş bitki qalıqlarında və toxumlarda saxlanan mitsel və sklerosiyalardır. Xəstəliyin inkişafı üçün havanın optimal nisbi rütubəti 85-90%-dir. Belə rütubət və 25-270C temperaturda xəstəliyin inkubasiya müddəti 3 gündür. 54%-dən aşağı nisbi rütubətdə xəstəlik inkişaf etmir.
Mübarizə tədbirləri | |||
Təsiredici maddə | Formulu | Doza, 100 l/t | --- |
Thiram 80 % | WP | 300qr/100 kq toxum |
5.1.1.3. Tağlı bitkilərin fuzarioz soluxması (Fusarium oxysporium Schl)
Tağlı bitkilərdə fuzarioz soluxması xəstəliyinin törədicisi Fusarium oxysporium göbələyinin ixtisaslaşmış formaları mövcuddur: F.niveum Wz. qarpız və xiyarda, F.melonis Leach. yemişdə. Xəstəliyi törədən patogen, bitki qalıqlarında və sirayətlənmiş toxumlarda mitsel və xlamidosporlarla qışlayır. Fuzariozun törədicilərinin inkişafı üçün optimal temperatur 18-270C, minimal 100C, maksimal 350C-dir.