Askoxitoza qarşı 0,5% Bordo məhlulu ilə 3 dəfə 5 gündən bir çiləmə aparılmalıdır.
Bakterioza qarşı 1%-li Bordo məhlulu ilə 10-12 gündən bir çiləmə aparılmalıdır.
5.1.1.1. Xiyarın yalançı unlu şehi (Erysiphe cichoracearum, Sphaerotheca fuliginea)
Bitkinin bütün inkişaf mərhələlərində əsasən yarpaqlar sirayətlənir. Yarpaqların səthində damar boyunca sarı-yaşıl dairəvi və ya kələ-kötür ləkələr inkişaf edir. Belə ləkələr az bir müddətdə irilənir və bir-biri ilə qovuşur.
Xəstəliyi törədən göbələyin inkişafı üçün optimal temperatur 15-220C, havanın nisbi rütubəti isə 80-100%-dir. Göstərilən şəraitdə törədicinin inkubasiya müddəti 3-6 gündür. Zoosporangi və oosporların cücərməsi üçün damcı su tələb olunur. Xəstəliyin inkişafına yağışlar, temperaturun aşağı düşməsi və .s. amillər müsbət təsir edir. İstixanada bitki sıxlığı, günəş işıqlanmasının çatışmazlığı, pis havalanma yalançı unlu şehin inkişafını intensivləşdirir.
Mübarizə tədbirləri. Bitki qalıqları toplanmalı və istixanadan kənarlaşdırılmalıdır. Növbəli əkin sisteminə əməl edilməlidir. Tağlı bitkilər, eləcə də xiyar əvvəlki əkin yerinə 2-3 ildən sonra qaytarılmalıdır. Parnik və istixanalar dezinfeksiya edilməlidirr, torpaq zərərsizləşdirilməlidir. Səpin əvvəli toxum sortları kütləsinə görə sortlaşdırılmalı, mikroelementlərlə zənginləşdirilməli və kimyəvi dərmanlarla dərmanlanmalıdır. Bunun üçün toxumlar 12 saat müddətində mikroelement məhlulunda saxlanılır (qram/litr): mis sulfat – 0.05 maqnezium və sink- 0.2 (hər biri), ammonium molibdat – 0.5; kalium permanqanat və borat turşusu – 0.1 (hər biri). Kondisiya nəmliyinə qədər (10-15%) qurudulduqdan sonra həmin toxumları TMTD (4 qr/kq) ilə dərmanlayırlar. Toxumda olan gizli infeksiyanı məhv etmək üçün toxumlar tərkibində metalaksil olan preparatlarla dərmanlanır. Vegetasiya dövründə xəstəliyin ilkin simptomları göründükdə kombinə edilmiş fungisidlərdən biri ilə çiləmələr aparılır: ridomil MS (2.5 kq/ha), misxlor oksidi (2.1 kq/ha), sandofan M8 (2.0 kq/ha), efal (3.0 l/ha). İşçi məhlulun məsarifi 500-600 l/ha.