Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Meyvəli tərəvəz bitkiləri müxtəlif göbələk, bakteriyal və virus mənşəli xəstəliklərinə yoluxur və ziyanverici həşəratlarla sirayətlənirlər. Meyvəli tərəvəz bitkilərinin zərər vuram orqanizmlərinə qarşı vaxtında mübarizə aparılmazsa, məhsuldarlıq 30-35% aşağı düşür, bəzən məhsul tam məhv olur. Bu baxımdan istixana şəraitində meyvəli tərəvəz bitkilərinə zərər vuran orqanizmləri tanımaq və onlara qarşı düzgün mübarizə qaydalarına yiyələnmək lazımdır.
Bu bölmədə meyvəli tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri, alaq otları və onlara qarşı müvafiq mübarizə tədbirləri haqqında məlumat verilmişdir.
Əziz şagirdlər! Siz bu bölmədə tədris olunan mövzuları öyrənməklə istixana şəraitində meyvəli tərəvəz bitkilərinin əsas xəstəlik və zərərvericiləri, alaq otları haqqında məlumat əldə edəcəksiniz və həmin zərər vuran orqanizmlərə qarşı mübarizə qaydalarına dair praktik vərdişlərə yiyələnəcəksiniz.