Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Pomidor bitkisi 1 kq məhsul əmələ gətirmək üçün 3,2 kq azot, 1,1 kq fosfor, 4,5 kq kalium mənimsəyir. Əgər hektardan 200 sentner məhsul almaq planlaşdırılsa, onda 1 hektar sahə üçün təsir edici maddə hesabi ilə nə qədər azot, fosfor və kalim tələb olunur?
A) 55 kq kalium, 20 kq fosfor, 10 kq azot;
B) 64 kq azot, 22 kq fosfor, 90 kq kalium;
C) 70 kq azot, 54 kq fosfor, 20 kq kalium;
D) 56 kq fosfor, 22 kq kalium, 20 kq azot;
Sual 12. Bitkilərdə çiçəkləmənin zəif getməsi və meyvələrin xırda qalması əsasən hansı elementin çatışmazlığından irəli gəlir?
A) Azot;
B) Kükürd;
C) Fosfor;
E) Kadmium.
Sual 13. Bitkidə daha çox vegetativ kütlə əmələ gəlir, yarpaqlar tünd yaşıl rəngdə olur. Bu əlamətlər bitkidə hansı elementin çoxluğu nəticəsində əmələ gəlir?
A) fosfor;
B) kalium;
C) kalsium;
D) azot.
Sual 14. Pomidor bitkisinin yarpaqlarında maqnezium və kalium çatışmazlığının əlamətləri demək olar ki, oxşardır, yəni hər iki elementin çatışmazlığından yarpaqda sarı ləkələr əmələ gəlir. Bunları bir birindən necə fərqləndirmək olar?
A) kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır;
B) maqnezium çatışmadıqda yarpaqların kənarı, kalium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır;
C) kalium çatışmadıqda yarpaqların kənarı qaralır, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arasında göy rəng olur;
D) kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası qızarır.
Sual 15. Fərz edək ki, eni 6 metr və uzunluğu 9 metr olan istixanada cərgəarası 60 santimetr olmaqla bitki əkilmişdir. İstixanada bitkilərin damcı üsulu ilə suvarılması üçün tələb olunan cərgəarası polietilen boruların uzunluğunu tapın.
A) 70 metr;
B) 80 metr;
C) 90 metr;
D) 100 metr.