Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Suvarma suyunun daha dəqiq norması və suvarma vaxtı əsasən torpağın nəmlik ehtiyatına, onun həcm kütləsinə (sıxlığına) və nəmləndiriləcək torpaq qatının hündürlüyünə əsasən təyin olunur.
Sual 2. İstixanada torpaq şəraitində becərilən pomidor bitkisi üçün fosfor və kalium gübrəsinin 50%-nin əsas şum altına verilməsi məqsədə uyğundur
Sual 3. İstixanada hər bitkinin damcıladıcı elementin yanında olması üçün damcıvari suvarma borularının şitil əkinindən sonra cərgəaralarına yerləşdirilməsi məqsədə uyğundur
Sual 4. 30.10.10+TE. Gübrə kisələrinin üzərində göstərilən birinci rəqəm fosforun, ikinci rəqəm azotun və üçüncü rəqəm kaliumun faizlə miqdarını göstərir.
Sual 5. Bitkilərin bar orqanlarının, çiçək və meyvənin formalaşmasında fosfora böyük ehtiyac vardır
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. ................................. gübrələrin damcı suvarma suyu ilə birlikdə bitkilərə çatdırılmasıdır
Sual 7. Meyvəli tərəvəz bitkiləri üçün suvarma suyunun əsas ................................. göstəricisi onun konsentrasiyasıdır (sıxlığıdır)
Sual 8. Pomidor bitkisində ................................. çatışmadıqda meyvələr xırda olur, meyvələrin uc hissəsində əvvəlcə qəhvəyi-qonur ləkələr əmələ gəlir və meyvənin təpə çürüməsi ilə nəticələnir
Sual 9. Pomidor bitkisində kalium çatışmadıqda yarpaqların kənarı ................................. rəng alır
Sual 10. Bitkidə azot çatışmadıqda yarpaqlar açıq ................................. rəngdə olur.